Məhkəmə qərarları › İş №2(048)-496/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-496/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-496/2025 05.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehn iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış mənfəətin alınmas” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat ödədiyi heyvanın pulu, 20 manat nəqliyyat xərci, 108.50 manat banka həmin məbləğ üçün ödədiyi faiz məbləğinin və ödənilmiş 32.60 manat dövlət rusumu tutularaq cəmi ümumilikdə 1261.10 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ünvanında yaşayır. Həyətyanı torpaq sahəsində və ona bitişik payıbəlli torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Təsərüfatında iribuynuzlu heyvan vardır. Belə ki, 2024-cu ilinin noyabr ayında iribuynuzlu heyvan almaq üçün Masallı rayonuna mal bazarına getmiş və Cavabdeh ilə tanış olmuşdur. Həmin şəxs ona çoxlu heyvanı olduğunu və bu işlə məşğul olduğunu bildirmişdir. O, Lənkəran qayıdıb 2 ay sonra Lənkəran rayonu Bürcəli kəndində yaşayan və Lerik rayonu Kaqoy kendində qeydiyyatda olan Cavabdeh 03 yanvar 2025-ci il tarixində 2100.00 manata 2 baş iribuynuzlu heyvan almışdır. Həmin iki baş iribuynuzlu heyvan biri qarnında artıq 6 ay balası var idi. Həmin heyvanı 1100.00 manat digər heyvanı isə 1000,00 manat almağa razılaşmışlar. O, hər iki heyvanı Bürcəli kəndindən yaşadığı ünvana gətirmişdir. Həmin heyvanlardan biri yəni qarnında balası olan heyvan yem və su içməmişdir. Gətirdiyim günün səhəri o, Nərbalaya zəng edib həmin heyvanın yem yeməməsini və su içmədiyini bildirmiş, Nərbala da ona heyvanın yeri dəyişilməsi ilə əlaqədar belə halın olduğun qeyd etmişdir. Baytar həkimi heyvanı müyinə etdikdən sonra bildirdi ki, heyvan quduzluq xəstəliyinə tutulub və bu heyvan müalicə etmək qeyri mümkündür.Narbalaya zəng edib həmin cavabı ona bildirmişdir.Nərbala da özü ilə həkim gətirib heyvanı müayinə etdirmişdir.Həmin həkim də eyni diaqnozu qoyub onun müalicəsi qeyri mümkün olduğunu bildirmişdir.Sonradan Nərbala həmin heyvanı götürüb onun mülkiyyətində olan **-MC-*** qeydiyyat nişanlı Qazel markalı yük maşınına qoyub aparmış və ödədiyi pulunu qısa müddətdə ona qaytarcağını bildirmişdir. Sonra o, cavabdehdən pulunu geri tələb etsə də cavabdeh bildirmişdir ki, heyvan sahibinə vermiş və o, pulu qaytarsa onun pulunu ödəyəcəyini bildirmişdir. Tərəfindən müxtəlif zamanlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefonlan zənglər etsədə lakin cavabdeh onun pulunu qaytarmamışdır. O, Narbala Səmədov barəsində Lənkəran rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, Lənkəran ŞRPŞ-nin tədqiqat bölməsinin tədqiqatçısı polis baş leytinantı X1 icratında olmuşdur.xx.xx.2025-ci il tarixli HK-1 qeydiyatlı 425 nömrəli tədqiqiat materialı barəsində cinayyət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Qərarda Cavabdeh Sattar oğlu izahat vermiş va izahatında borcun olmasını etiraf etmişdir.Ona dətərlərlə etdiyi xəbardarlıqlara bamayaraq, cavabdeh bu günə kimi borcun qaytarılmasını təmin etməmişdir.Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələnin məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, o, Lənkaran rayonuda yaşayır.2024-cü il tarixdə cavabdehdən iki baş iri buynuzlu heyvan almışdır.Həmin heyvanların birin 1000 manata digəri isə 1100 manat almışdır.Heyvanları evinə gətirdikdən sonra 1100 manata aldığı heyvanın xəstə olduğunu bilmiş, bu barədə cavabdehə məlumat vermişdir. Sonradan cavabdeh onun evinə gələrək həmin xəstə heyvanı aparmış, iddiaçının pulun isə heyvanın sahibindən pulu aldığdan sora qaytaracağını bildirmişdir. Bir müddət keçsədə cavabdeh onun pulunu qaytarmamışdır.Bütün bunları nəzərə alaraq iddianın təmin olunması bardə qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək məhkəməyə izahat verərək bildirmişdir ki, idiaçıya ümumi dəyəri 2100 manat olan iki baş iri buynuzlu heyvan satmışdır.Sonradan iddiaçı ona zəng edərək iri buynuzlu heyvanlardan biri yəni 1000 manatlıq boğaz inəyin xəstə olduğun bildirmişdir.O, iddiaçının evinə gələrək həmin xəstə inəyi aparmış iddiaçının pulunu isə xəstə inəyin sahibi pulu qaytarandan sonra ona verəcəyini bildirmişdir.Ona görə də bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilmsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 18 fevral 2025-ci il tarixli Lənkəran ŞRPŞ-nin tədqiqat bölməsinin tədqiqatçısı polis baş leytinantı X1 tərəfində qəbul edilmiş qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir.Həmçinin həmin qərardan tərəflələr izahatlarında 1000 manat alınan qarnında balası olan iribuynuzlu heyvan təxminən 10 gün sonra xəstə olduğu müəyyən olmuş və iddiaçı həmin heyvanı cvabadehə geri qaytarmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 2100 manat dəyərində iki baş iribuynuzlu heyvan almışdır.Cavabdehdən bir ədəd erkək cinsli heyvanı 1100 manata, qarnında balası olan bir ədəd iribuynuzlu heyvanı isə 1000 manata satmışdır.Sonradan 10 gün müddət keçdikdən sonra iddiaçı cavabdehdən aldığı qarnında balası olan iribuynuzlu heyvanın xəstə olduğun bilmişdir. Daha sonra iddiaçı cavabdehə inəyin xəstə olduğun bildirmiş, cavabdeh iddiaçının evinə gələrək xəstə inəyi aparmış və aparakən inəyin əsil sahibi pulu ona qaytaranda o, iddiaçının pulunu qaytaracağını bildirmişdir.Beləliklə cavabdehin iddiaçıya 1000 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 1000 manat pulu iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı sattdığı iribuynuzlu heyvana görə 1000 (min) manat pulun qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin izahatları öz təsdiqini tapır. Odur ki, iddiaçı 1000 (min) manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 20 manat nəqiliyyat xərci, 108.50 manat banka ödədiyi fazi məbləğinin tutulması hissəsinin gəldikdə isə belə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsində tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar