Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-50/2024 11.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabde Cavabdeh Ələkbər oğlunun iştirakları ilə, İddiaçı 1 saylı X1 Mərkəzinin Cavabdeh Ələkbər oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 1 saylı X1 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ələkbər oğlu tərəfindən meşə fondu sahəsində özbaşına torpağın münbüt qatının götürülməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olan 1015 manat məbləğində pul un alınaraq iddiaçı 1 saylı X1 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında reyd keçirilən zaman Lerik rayonu Piran kənd sakini Cavabdeh Ələkbər oğlunun qanunsuz torpağın münbüt qatını götürərək X2 aparılması faktı müəyyən edilmışdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 saylı qərarı əsasında aparılmış hesablamalaria ümumilikdə 1015 (bir min on beş) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli 3-14- 27-4/2-266/2023 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. İddiaçı 1 saylı X1 Mərkəzinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Ələkbər oğlu məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi tamamilə əsassız və böhtandır. Belə ki, o, heç vaxt meşə fonduna ziyan vurmamışdır.Ona görədə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatın dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 1 saylı X1 Mərkəzi tərəfindən 17 aprel 2023-cü il tarixli 006023 saylı Aktından görünür ki, Cavabdeh Ələkbər oğlu qanunsuz olaraq meşə fonduna ziyan vurduğu üçün akt tərtib olunmiuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin qanunsuz torpağın münbüt qatını götürərək X2 aparılması faktı sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı 1 saylı X1 Mərkəzinin Cavabdeh Ələkbər oğlu tərəfindən meşə fondu sahəsində özbaşına torpağın münbüt qatının götürülməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olan 1015 manat məbləğində pul un alınaraq iddiaçı 1 saylı X1 Mərkəzinin hesabına ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı 1 saylı X1 Mərkəzinin Cavabdeh Ələkbər oğlu tərəfindən meşə fondu sahəsində özbaşına torpağın münbüt qatının götürülməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olan 1015 manat məbləğində pulun alınaraq iddiaçı 1 saylı X1 Mərkəzinin hesabına ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 yanvar 2024-cü il № 2(048)-50/2024 1 saylı X1 Mərkəzina (Lənkaran şəh., B.Məmmədov küçəsi ev 7) Surəti: Cavabdeh Ələkbər oğluna (Lerik rayonu, Piran kəndi) Lerik Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2 (048)-50/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-50/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-50/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver