Məhkəmə qərarları › İş №2(048)-508/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-508/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-508/2023 18.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından olan 24 mart 2019-cu il təvəllüdlü X2 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay Cavabdeh bütün növ qazancının (başqa gəlirlərinin) ¼ hissəsi və 150 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yaşayır.Cavabdeh ilə nikahların 06 avqust 2018-ci il tarixdə 41 sayla rəsmiləşdirməklə ailə qurmuşlar.Birgə nikahlarından 24 mart 2019-cu il tarixdə X2 adlı övladları doğulmuşdur. Cavabdehlə bir müddət münasibətləri normal olsada sonradan münasibətləri pozulmuş cavabdeh ailədə hərgün söz-zöhbət yaratmış, vəziyyət dözülməz həddə çatdığından məhkəməyə nikahın pozulması ilə əlaqədar müraciət etmişdir.Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuş, cavabdehdən bütün növ qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir.Cavabdehin qazancının ¼ hissəsi 147 manat təşkil edir. Məhkəmənin qətnaməsi ilə təyin olunmş alimentin miqdarı uşaqın heç bir təlabatını ödəmir.uşağın məsrəfləri yetərincə artmışdır.Uşağın bütün qayğısının və ehtiyaclarını tamamilə o, çəkir.Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.Buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddanı müdafiə edərək alimentin miqdarı artırılaraq Cavabdeh bütün növ qazancının (başqa gəlirlərinin) ¼ hissəsi və 150 manat sabit pul məbləğində alimentin tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, aylıq əmək haqqı 588 manat təşkil edir həmin əmək haqqının ¼ hissəsi miqdarında iddiaçıya aliment ödəyir.Buda 147 manat təşkil edir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsinə əsasən 24 mart 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətlərindən görününr ki, tərəflərin 24 mart 2019-cu il tarixdə anadan olmuş X2 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş ştat cədvəlinə uyğun olaraq Cavabdeh aylıq 588.08 (beş yüz səksən səkkiz) manat 8 qəpik məbləğində əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsinə əsasən 24 mart 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bütün növ qazancının (başqa gəlirlərinin)1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 24 mart 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi və əlavə olaraq 60 (altımış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(048)-15/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 24 mart 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi və əlavə olaraq 60 (altımış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(048)-508/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar