Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-512/2023 03.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X2 Təsərrüfatı mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Təsərrüfatı mərkəzinin Cavabdeh qarşı X3 vurmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 Təsərrüfatı mərkəzinin direktoru Amil Abdullayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 5219.88 manat pul vəsaitinin Lerik rayonu Almu kənd sakini Cavabdeh tutulub X2 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 X1 meşəbəyliyinin 14 saylı meşə dolayına Lerik rayonu Almu kənd sakini Cavabdeh 2022-ci ilin yanvar ayında əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 3 (üç) ədəd ağacı qanunsuz kəsərək X3 5419.88 manat məbləğində ziyan vurması faktı aşkar olunmuşdur.xx.xx.2022-ci il tarixində X3 vurulmuş ziyandan 200 manat Cavabdeh tərəfindən ödənilmişdir. Lerik Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olmuşdur. İddiaçı X2 Təsərrüfatı mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, tələb olunan məbləği heç bir yerdə işləmədiyindən X2 Təsərrüfatı Mərkəzinə ödənilməsində çətinlik çəkir.Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçı Lerik Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(048)-32/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X3 dəymiş ödənməmiş ziyanın əvəzi olan 5219.88 manat pul tutularaq “X2 Təsərrüfatı” Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinin tələblərinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları nəhkəməyə verilən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumundan azad edilirlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X3 dəymiş ödənməmiş ziyanın əvəzi olan 5219.88 manat pul tutularaq “X2 Təsərrüfatı” Mərkəzinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 03 oktyabr 2023-cü il № 2 (048)-512/2023 X2 Təsərrüfatı Mərkəzi (Lənkəran şəhəri B.Məmmədov küçəsi 7) Surəti: Cavabdeh (Lerik rayon Almu kəndi) Lerik Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(048)-512/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 02 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-512/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-512/2023
03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver