Məhkəmə qərarları › İş №2(048)-54/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-54/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-54/2024 11.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şaf Xı̇ dmətı̇ nin 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh İ̇manov Seymur Seydəmı̇ r oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şaf Xı̇ dmətı̇ nin 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində özbaşına münbüt qatının götürülməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 2030(iki min otuz) manat məbləğində pul vəsaiti İ̇manov Seymur Seydəmı̇ r oğlundan tutulub 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 11 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ y yanında Meşələrı̇ n İnkı̇ şaf Xı̇ dmətı̇ nin 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin nümayəndəsi təyin olunmuş məhkəmə iclasına gəlməmiş , gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh İ̇manov Seymur Seydəmı̇ r oğlu iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şaf Xı̇ dmətı̇ nin 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh İ̇manov Seymur Seydəmı̇ r oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu Elektron ünvan «11» yanvar 2024-cü il № 2 (048)-54/2024 Azərbaycan Respublı̇ kasının Ekologı̇ ya və Təbı̇ i Sərvətlər Nazı̇ rlı̇ yi yanında Meşələrı̇ n İnkı̇ şaf Xı̇ dmətı̇ nin 1 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nə (AZ4200, Lənkəran şəhərı̇ ,Bala Məmməd 7) Surəti: İ̇manov Seymur Seydəmı̇ r oğluna (Lerik rayon Piran kəndi) Lerik Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(048)-54/2024 saylı qərardadı sizə göndərilir. Qoşma «02» vərəqədə qərardad. Məhkəmənin sədri:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar