Məhkəmə qərarları › İş №2(048)-56/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-56/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-56/2024 15.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirəzyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı oğunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəməli oldüğü 6.000 (altı min) manat əsas borcun, ödəməkdən yayındığı 6 ay müddətində, hər ayı 34 manat olmaqla, cəmi 516 manat (altı min beş yüz on altı manat) manat əldən çıxmış fayda məbləğini, dövlət rüsumu olaraq ödənilmiş 82 manatın cəmi olaraq 6598 (altı min beş yüz doxsan səkkiz manat) pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə tanış olub Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massiviundə onlara məxsus fərdi evin əsaslı təmiri üçün tikinti materiallarını da öz vəsaiti hesabına əldə edib 6.000 ( altı min) manat dəyərində görülən işlərin başa çatçması ilə eyni vaxtda ona ödənilməsinə razılığa gəlmişlər.2022-ci ilin dekabr ayında onunla bərabər üç nəfər fəhlə ilə işə başlayıb 2023-cü ilin aprel ayında təmir işini tam başa çatdırmışdır. İş prosesində cavabdehlər ona hər hansı köməklik etməyib, gündəlik yeməyini belə özü təmin etmişdir.İşi qurtardıqdan sonra, cavabdehlər ona veriləsi pulu Rusiyada yaşayan qohumunun verəcəyi bəhanəsi ilə 6 aydır ki, verməkdən bilə-bilə yalan danışmaqla yayınırlar. Dəfələrlə yaşadıqları üvnvana gedib pulu tələb etdikdə onu şərləyəcəkləri, hətta öldürəcəkləri ilə hədəliyib pulu ödəmirlər Bununlada cavabdehlər pulun ödənilməsinə dair öhdəliyini vaxtında icra etməyərək 6.000 manat pul məbləğini qanunsuz saxlamaqla ona əhəmiyyətli dədrəcədə zərər vurmuşlar.Cavabdehlər öhdəliyini lazımınca icra etməyərək pulunu qaytarmadığına görə ona 6.000 manat məbləğində pulun 6 ay müddətində adi mülki dövriyyə şəraitində gətirəcəyi və AR Mərkəzi Bankının 7% uçot dərəcəsi ilə muəyyən olunan 516 manat dəyərində faydamın əldən çıxmasına səbəb olub.Bu səbəbdən belə qənətaətdədir ki, İddia tələbinin 6.000 manatının əldən çıxmış fayda həcmini 516 manat miqdarında olmaqla 6516 manat məbləğini tələb etməyi əsaslı və ədalətlidir.Sözügedən tələbin qüvvədə olan mülki qanunvericilikdə imperativ qaydada müəyyən edilib. Lakin bu gün ki, tarixə dək cavabdeh pulunu qaytarmamışdır. Məhkəmə iclası zamanı İddiaçı oğu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır.İddiaçı onlara şər böhtan atır.İddiaçı heç vaxt onlar üçün iş görməmişdir.O, iddiaçı ilə usta işləmiş öz adına material götürərək təmir işləri aparsada iddiaçı nə onun pulunu nədəki materialların pulunu ödəməmişdir.İddiaçı onun bacısı yəni Cavabdeh2 əxlaqsız təkliflər etmişdir. Bundan başqa onun və bacısının adında heç bir mənzil yoxdur.Ona görədə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı oğu ondan tikinti materalları alamış, həmin tikinti mallarının hara sərf etdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat Verdi. Məhkəmə tərəfləri və şahidləri dinləyib iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2442 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə 86 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı oğlunun müraciətinə baxılmış, mübahisə mülki xarakter olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlərə 6000 manat məbləğində pulun ona verilməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin 6000 manat məbləğində pulun ona verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 86 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar