Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-561/2023 28.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirəzyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı oğunun, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı oğunun cavabdehlər X3 və X2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12000 (on iki min) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ki, yaxın qohumların məsləhəti ilə, Cavabdeh1 ilə, 2022-ci ilin 19-noyabr tarixdə el adət ilə toy edǝrǝk ailə həyatı qurmuşular. Digər cavabdeh, Səadətin anası Rəyasət xanımla toydan əvval maddi imkanları olmadığına görə, razılaşaraq nişan mərasimi üçün ona 500 manat, 250 manat bəzi xırda şeyləri almaqdan ötrü qaynanasıRəyasətin özünə lazım olduğu üçün verdim. 2000 manat Səadətə pal-paltar almasına görə, 500 manat kreditlə olmaq şərtilə, gəlinlik fatası götürməyə və 1000 manat isə toyun Restoran qiyməti üçün vermişdir. Bundan əlavə, 1dəst komplekt qızıl, boyunbağı, qolbağı, 2-ədəd üzük və 1-cüt sırğa üçün 1.500 manat pul vermişədir. Toy zamanı da 2-ci dəfə o, bir dəst qızıl olmaqla yenədə 1-adǝd boyunbağı, 1cüt sırğa, 1-ədəd qolbağı, 1-ədǝd sadə üzük və 1-ədǝd nişan üzüyü olmaqla dəyəri 1500 manatlıq qızıl ziynət əşyaları almışdır.Ona görədə onun verdiyi həmin pulları, Rəyasət xanım toydan sonra ona qaytarmalıydı. Ümumi olaraq Rəyasətin ona verəcəyi məbləğ 10000 manatdan artıq olardı. Nəhayət toydan sonra gələcək həyat yoldaşı Səadəti yaşadığı Biləsuvar rayonuna yox, Rəyasət xanımın istədiyi kimi, Bakı şəhərində kirayyə tutduğu eva aparmışdır. Toyda 9000 manatdan yuxarı pul yığılmış. Həmin evdə 40-gün yaşamışlar. Toydan 3-gün sonra qaynanası Rəyasət xanım onlara gələrək danışdığı kimi toydan sonra ona verdiyi vəsaiti verməy əvəzinə, ailə işilərinə qarışmağa başlamış, hətta onların yatdığı otağa girərək mobil telefonu ilə çəkiliş aparmışdır. O, buna fikir verməsə də qaynanası bundan istifadə edərək onların arasında narazılıq yaratmağa başlamışdır. Beləliklə 40-cı gün qaynanası yoldaşı Səadəti götürüb Lerik rayonuna gətirmişdir. O, dəfələrlə Bakıdan Lerikə gələrək həyat yoldaşını aparmaq istəmiş və bu yolda da xeyli maddi vəsait təxminan 1000 manata qədər xərcləmişdir. Amma Səadətin anası buna imkan verməmişdir. Bu yaxınlarda evdə saxladığı müəyyən qədər pulu götürmək istəyəndə, 2000 manat pulun omadığını görmüşdür. Səadət və anası gedəndə pulu özləri ilə götürüb aparmışlar. Rəyasətə zəng edib bu barədə ona bildirmişdir. Lakin Rəyasət boynuna almadığına görə o, məcbur qalıb Biləsuvar RPŞ-nə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə cavabdehləri RPŞ-nə çağırıb izahatlarını almışlar. Rəyasət bildirmişdir ki, evin satıb onun pulunu qaytaracaq. Lakin bu gün ki, tarixə dək cavabdeh pulunu qaytarmamışdır. Məhkəmə iclası zamanı İddiaçı oğu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır.Cavabdeh heç vaxt ona pul verməmişdir.Ona görədə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26028 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlərə 12000 (on iki min) manat məbləğində pul verməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə 12000 (on iki min) manat məbləğində pulun verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı oğunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 28 sentyabr 2023-cü № 2 (048)-561/2023 İddiaçı (Biləsuvar rayonu Səmədabad kəndi) Surəti: Cavabdeh1 X2 (Lerik rayonu, İ.Yaqubov küçəsi) Lerik Rayon Məhkəməsinin 28 sentyabr 2023-cu il tarixli 2 (048)-561/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-561/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-561/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver