Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-562/2023 29.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Ağazahid oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlaındn doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 18-yaşına kimi saxlanılmasından ötrü hər ay , hər uşağa 220-manat ,ümumilikdə 440(dörd yüz qırx) manat aliment tutularaq İddiaçı qızna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 29 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh Ağazahid oğlu iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh Ağazahid oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-562/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-562/2023
29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver