Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-565/2023 31.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, cavabdeh X6 iştirakıilə, İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4, 05 dekabr 2021ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Lerik Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(048)-37/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X12 ilə nikahlarını Lerik rayon Qeydiyyat Şöbəsində 21 iyun 2021-ci il tarixdə 34 saylı nikah qeydi ilə rəsmiləşdirərək ailə həyatı qurmuşlar.Birgǝ nikahlarından 05 dekabr 2021-ci il tarixdə X8 adlı uşağları doğulmuşdur. Lerik Rayon Məhkəmənin 02 mart 2023-cü il tarixli 2(048)-37/2023 saylı qətnaməsi ilə nikahıları pozulmuş və məhkəmə uşağın saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X4 hər ay 150 manat miqdarında aliment tutularaq xeyrinə verilməsi qət edilmişdir.150 manat aliment hazırki dövrdə bir uşağın saxlanması uçun kifayət etmir. Uşağın tələbatlarını ödəməkdə böyük çətinlikər çəkir.Uşaq onun yanımda yaşayır. Bir uşağın saxlanması üçün yaşayış minimumu hazırda aldığı aliment pulundan yuxarıdır.Alimentin artırılaraq yaşayış minimumu savəyyəsinə çatdırılmasını istəyir.Uşağın sağlamlığını, təhsil və gələcəyini nəzərə alaraq “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X12 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi alimentin miqdarı çoxdur.Özü heç bir yerdə işləmir.Alimentin artırılması onun maddi durumunda çətinliklər yaradar.Ona görədə məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13702 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş X11 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL-01500 saylı arayışdan görünür ki, iddiaçı Rəcəbova X10 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəmənin 02 mart 2023-cü il tarixli 2(048)- 37/2023 saylı qətnaməsinə əsasən uşağın sağlanması üçün yetkinlik yaşına çatanadək 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, iddiaçının və cavabdehin izahatın dinləyib məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, məhkəmənin qətnaməsinə əsasən cavabdeh X4 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqların tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 05 dekabr 2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay bir 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş rüsumlar üzrə 100 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 05 dekabr 2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(048)-565/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq cavabdeh X3 ödənilmiş dövlət rüsumlarının əvəi olan 100 (bir yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 31 oktyabr 2023-cü il № 2 (048)-565/2023 İddiaçı (Lerik rayonu Şingədulan kəndi ) X2 (Lerik rayonu Şingədulan kəndi) Lerik Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2 (048)-565/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-565/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-565/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver