Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-57/2023 27.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin direktoru İsrafilzadə H.F iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə APPLE MACBOOK PRO 13 üçün 4934 manat ödənilməmiş hissə, 1465 manat dəbbə pulu, ümumilikdə 6399 manat borc pul və 83.99 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh APPLE MACBOOK PRO 13 almış və nəticədə onun "xxxx" MMC-ə 6399 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6877.60 manat (24 ay 257.40+ilkin ödəniş 700 manat) APPLE MACBOOK PRO 13 üçun ümumilikdə 6399 manat olmaqla ondan 4934 manat ödənilməmiş hissə, 1465 manat dəbbə pulu tələb olunur. Cavabdehin cəmi ödədiyi məbləğ 1943.6 manat təşkil edir. Bu günə kimi cavabdehə edilmiş müraciətlərə baxmayaraq heç bir nəticə verməmiş və cavabdeh müqavilənin şərtlərini pozmuşdur.Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə şərtlərinə əməl etməməklə müqavilənin şərtlərini bilərəkdən pozmuşdur. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsin dinləyib iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə APPLE MACBOOK PRO 13 verilmişdir. İş materiallarına əlvə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 83.99 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh Hidayət Abdullayev iddiaçı "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməyərək nisyə aldığı əşyaların pulunu razılaşdıqları vaxtda iddiaçıya ödəməmişdir. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə pulunun miqdarı 50 (əlli) manat həddinədək azaldılmalıdır. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 4934 manat ödənilməmiş borc və 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzində 83.99 manat, cəmi 5067.99 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4934 manat ödənilməmiş borc və 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzində 83.99 manat, cəmi 5067.99 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-57/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-57/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver