Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-570/2022 20.12.2022 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqavilə üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi İlham Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084077AZN31024 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 5376.67 manat cərimə borcu olmaqla cəmi 8261.4 manat məbləğində kredit borcun və 103 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi İlham Hüseynov iddia tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084077AZN31024 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 6673.71 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat borcun və 13.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 13325İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır.Həmin razılıq ərizəsini imzalayaraq borclu sayıtda yerləşdirilmiş ümumi şərtlər toplusundaqeyd edilmiş şərtləri qəbul etmişdir. ÜŞT-ə əalvə olunan 0884077AZN31024 saylı xx.xx.2019-cu il tarixli maliyələşdirmə üçün ərizəyə əsasən Borcalan xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla 8000 manat məbləğində istehlak xərcləri məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borclunun xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 0084077AZN31024 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 5376.67 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat təşkil edir. İddiaçı PAŞA Bank» ASC-nin etibarnamə üzrə nümayəndəsi İlham Hüseynov məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirərək məhkəmədən işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki iddiaçı PAŞA Bank» ASC-nin ondan tələb etdiyi cərimə məbləğinin çox olduğunu, özünün heç bir yerdə işləmədiyini bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18% ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 0084077AZN31024 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 6673.71 manat cərimə borcu olmaqla cəmi 9558.44 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə olan borcunu ödəməmişdir. Halbuki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən Cavabdeh kredit və faizləri müqavilənin 4-cü maddəsi ilə müəyyən olunan qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə İddiaçı ASC-nin Cavabdeh tələb etdiyi cərimə məbləğinin tənasübsüz sürətdə yüksək olduğunu, cavabdehin heç bir yedə işləmədiyini nəzərə alaraq cərimə məbləğinin silinməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 116 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2620.28 manat əsas borc, 264.45 manat faiz borcu və 116 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3000.73 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-570/2022
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-570/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver