Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-578/2023 02.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirəzyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı oğunun nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 zərərçəkmiş qismində ona məxsus Lerik rayonu, Əliabad kəndində yerləşən xeyir şər evindən oğurluq elməsi ilə əlaqədar Lerik rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsinin araşdırması zamanı məlum olmuş ki, Zülfüqar Vəlizadə oradan oğurluq edərək ona küllü miqdarda ziyan vurmuşdur.Məhkəmə istintaqı dövründə cavabdeh onunla Lerik Notariat konturunda xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona dəymiş 10300 manat ziyanı 30 aprel 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq notariat müqviləsi əsasında ona olan 10300 manat borcundan bu günə kimi cəmi 2500 manat ödəmiş və qalan 7800 manat borcu ən qısa müddətdə ödəməsinə söz versədə həmin məbləği ödəməmiş, müəyyən bəhanələr etməklə və yalan vəədlər verməklə konkret olaraq ödəməkdən imtina edir və uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır.X1 notariat ofisinin rəsmi sənədinə əməl etmədiyi üçün ona olan borcu bütövlükdə almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı oğunun etibarnamə üzrə nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, o, qazidir.44 günlük vətən müharibəsində iştirak etmiş və əlildir. iddiaçıya heç bir borcu yoxdur.Məhkəmə istintaqı zamanı o, İddiaçı borcu olmaları barədə notariusda rəsmi sənəd yazıb versələr də sonradan qohumları vasitəsilə həmin borcu tam olaraq zərərçəkən İddiaçı vermişlər.Məhkəmə iclasında zərərçəkən İddiaçı rəsmi ərizə yazıb ona olan borcunun ödənildiyini onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.Bu faktı məhkəmə hökmləri və video görüntülərdə və İddiaçı məhkəməyə təqdim etdiyi rəsmi ərizəsində tam təsdiq edir.Ona görədə məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Məhkəmə istintaqı zamanı onlar İddiaçı borcu olmaları barədə notariusda rəsmi sənəd yazıb versələr də sonradan onlar həmin borcu tam olaraq zərərçəkən İddiaçı vermişlər.Məhkəmə iclasında zərərçəkən İddiaçı rəsmi ərizə yazıb onlara olan borcunun ödənildiyini onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4489 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə 98 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə 12000 (on iki min) manat məbləğində pul verməsini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 12000 (on iki min) manat məbləğində pulun verilməsi ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 1(048)-57/2022 saylı hökmün sürətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində və cinayət işində olan ərizəsində təqsirləndirilən şəxs Cavabdeh ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirərək, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizənin sürətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirlən şəxslə barışdığından Cavabdeh yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus Lerik rayon Əliabad kəndində yerləşən xeyir şər evindən oğurluq etmişdir.Cavabdeh iddiaçıyla barışaraq ona dəymiş ziyanı ödəmişdir.Məhkəmə iclası zamanı iddiaçı cavabdehin ona 7800 manat borcu olduğunu və həmin borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini notariusda təsdiq edən ərizə ilə sübut etsə də məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyan tam olaraq iddiaçıya ödənilməsi cinayət işində iddiaçı tərəfindən yazılmış ərizədə öz əksini tapmışdır.Ona görədə iddia təmin olunmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 98 (doxsan səkkiz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 02 noyabr 2023-cü № 2 (048)-578/2023 İddiaçı (Lerik rayonu Soru kəndi) Surəti: Cavabdeh (Lerik rayonu Əliabad kəndi) Lerik Rayon Məhkəməsinin 02 noyabr 2023-cu il tarixli 2 (048)-578/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-578/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-578/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver