Məhkəmə qərarları › İş №2(048)-58/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-58/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-58/2023 11.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğluna qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlu ilə bağlanmış müqavilənin ləğv edilməsi Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4522.74 manat əsas borcun, 931.93 manat faiz borcu və 343.78 manat cərimə borcu olmaqla cəmi 5798.45 manat borcun və 79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 26% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Lakin borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh1 Qəhraman oğlu (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icra etməlidir. Borclu Cavabdeh2 banka 4522.74 manat əsas borcu, 931.93 manat faiz borcu və 343.78 manat cərimə borcu olmaqla cəmi 5798.45 manat borcu vardır. İddiaçı ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki, bank tərəfindən tələb olunan iddia ilə razılaşır onun, İddiaçı ASC-ə 4522.74 manat əsas borcu, 931.93 manat faiz borcu və 343.78 manat cərimə borcu olmaqla cəmi 5798.45 manat borcu tələb edir.Lakin o, cərimə məbləği ilə razı deyil məhkədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 Qəhraman oğlu məhkəmə iclası zmanı Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə cavabdehlərin izahatını dinləyərək, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 36 ay müddətinə, illik 26 % olmaqla 35897 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyə arayışının sürətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 4522.74 manat əsas borcun, 931.93 manat faiz borcu və 343.78 manat cərimə borcu olmaqla cəmi 5798.45 borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 Qəhraman oğlu əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, kredit borcu və ona hesablanmış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlu İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin buna baxmayaraq onlar müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan cərimə pulunun 30 manat həddinədək azaldılmasını məqsədə müvafiq hesab edir Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumununun əvəzində 79 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlu ilə bağlanmış xx.xx.2020ci il tarixli kredit və zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qəhraman oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4522.74 manat əsas borc, 931.93 manat faiz borc və 30 manat cərimə borcu olmaqla cəmi 5484.67 manat borc və 79 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 12 aprel 2023-ci il № 2(048)-58/2023 İddiaçı ASC-yə (Bakı şəhəri, Atatürk prospekti 42) Surəti: Cavabdeh2 (Lerik rayonu Mondigah kəndi ) Surəti: Cavabdeh1 Qəhraman oğluna (Lerik rayonu Balaband kəndi) Lerik Rayon Məhkəməsinin 11 aprel 2023-ci il tarixli 2 (048)-58/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar