Məhkəmə qərarları › İş №2(048)-58/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-58/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-58/2024 29.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1020 (min iyirmi) manat əsas məbləğ, 200 (iki yüz) manat mənəvi zərər və ödənilmiş 33.40 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarix saat 15:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi-Balaxanı yolu ərazisində onun idarə etdiyi **-KE-*** Dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi (zəncirvari qəza) baş vermişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. O, nəqliyyat vasitəsini etibarnamə ilə idarə edirə. Baş vermiş qəzada X18 markalı, **-CS-*** Dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (İXP5571758) inzibati tənbeh növü tətbiq olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində ondan başqa X7 etibarnamə əsasında idarə etdiyi Qaz 3302-18 yük markalı, **-OK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinədə zərər dəymişdir. Baş vermiş qəzada nəqliyyat vasitələrinə dəymiş zərərin Qala Sığorta ASC tərəfindən proporsional bölgüsü aparılmışdır. Belə ki, mütəxəssislər tərəfindən ona dəymiş zərər 3010 (üç min on) manat məbləğində qiymətləndirilmişdir. Lakin qanuna uyğun olaraq, proporsional bölgüyə əsasən 1990.74 manat pul Qala sığorta ASC tərəfindən ona ödənilmişdir.Dəymiş zərərin bir qismi 1020 manat ödənilməmiş saxlanılmışdır.Dəymiş zərərəin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə bildirsədə cavabdeh buna heç bir məhəl qoymamışdır.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X6 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQM-nin MAPS şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayon Qılqılov kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Qala Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli 5872/2023 saylı qiymətləndirmə aktından görünür ki, **-KE-*** Dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı buraxlış ili 2016-cı il olan avtomobilə 3010 manat miqdarında ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon DYPŞ-nin poli leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Əhədov X10 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 amant məbləğindəcərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhər 42 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 7E-7281 № ilə qeydə alınmış etibarnamədən görünür ki, Hyundai Elantra minik markalı **-KE-*** Dövlət qeydiyyat nişanlı buraxılış ili 2016 Ban nömrəsi: 5NPD84LF7HH106980 avtomobil X9 tərəfindən İddiaçı etibarnamə əsasında nəqilliyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş XalqBank ASC tərəfindən xx.xx.2023-cü il tarixli 4958 saylı ödəniş tapşırığından görünür ki, Qala Sığorta ASC tərəfindən X4 1990.74 manat sığorta ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 33.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1020 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu fakt məhkəmə iclasında araşdırılmış Cavabdeh da öz izahatında təsdiq etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1020 manat məbləğində pul alınaraq iddiaçı X5 verilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı X6 tərəfindən ödənilmiş 33.40 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1020 manat məbləğində pul alınaraq iddiaçı X5 verilsin. Əlavə olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 33.40 manat pul Cavabdeh alınaraq iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar