Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-585/2024 11.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X3 və Cavabdeh iştırakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X3və Cavabdeh 4000 manat məbləğində maddi ziyanın və 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Murya kəndində yaşayır.2018-ci il tarixində X1 ilə Cavabdeh evlənmişdir.Birgə nikahlarımdan bir övladları doğulmuşdur.X1 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. O, xəstədir, belindən əməliyyat olunmaq üçün 4000 manat məbləğində pula ehtiyyacı olmuşdur.Əməliyyat pulunu toplamaq üçün ,üç qızından 1700 manat ,Şingədulan kənd sakini Sərdar müəllimdən 300 manat, baldızı oğlanları Nadir və Rövşəndən hər birindən 300 manat, Murya kənd sakini Rükəxandan 100 manat, "xxxx" ASC 1200 manat kredit götürmüşdür.Əməliyyata yığılan 4000 manat pulu saxlamaq üçün gəlininə vermişdir. xx.xx.2024-cü il tarixində gəlini ilə aralarında narazılıq olmuşdur.Həmin gün Gəlini və atası X3 ilə birlikdə Lerik rayonun Biləvər kəndinə getmişlər. Gəlini atası evinə gedərkən ona saxlamaq üçün verdiyi 4000 manatıda özüylə aparmışdır.Dəfələrlə pulun geri qaytarılmasını X2 və gəlini Cavabdeh bildirsə də, onlar pulu geri qaytarmamşdır.Buna görə də Lerik rayon Polis Şöbəsinə müraciət etmişdir.Lakin Lerik rayon Polis Şöbəsi müraciətin mülki xarakterli olduğunu və bu səbəbdən məhkəməyə müraciət etməyini ona bildirmişlər.Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, bildirdi ki,müalicəsi üçün yığdığı 4000 manat pulu öz otağında saxlamağa yer olmadığı üçün gəlini Gülnaza vermişdir.Gəlini atası evinə gedərkən pulu da özüylə aparmışdır.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini, İddiaçı ona pul vermədiyini bildirib,məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZE0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixxdə olmuş və Lerik rayon Murya kəndində qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmişxx.xx.2024-cü il tarixli 18047 saylı qəbzdən görünür ki, məhkəməyə müraciət edərkən 60 manat dövlət rüsumu ödəmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlər X3 və Cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-585/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-585/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver