Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-6/2025 12.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin – Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC – Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Salmanov İltifat Əli oğlunun vərəsəsi Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat faiz borcu və 158,08 (yüz əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1492,11 (min dörd yüz doxsan iki manat on bir qəpik) manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salmanov İltifat Əli oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008L**********64 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Salmanov İltifat Əli oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Salmanov İltifat Əli oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Salmanov İltifat Əli oğlu götürdüyü kredit borcundan 930,51 (doqquz yüz otuz manat əlli bir qəpik) manat ödəmiş, onun 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Salmanov İltifat Əli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 150 gün üçün hesablanmış cərimə 158,08 (yüz əlli səkkiz manat səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsindən xx.xx.2020-ci il tarixində əldə edilmiş arayışdan Salmanov İltifat Əli oğlunun vəfat etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə verilən vəkil sorğusu nəticəsində həmin orqanın xx.xx.2020-ci il tarixli **********21 saylı cavab məktubu ilə mərhum Salmanov İltifat Əli oğluna məxsus ünvan 1ində yerləşən 0,85 və 0,68 ha kənd təsərrüfatlı torpaq sahəsi aşkar edilmişdir. Həmin məktub əsas götürülərək Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyətinə vəkil sorğusu verilmiş və İcra Hakimiyyətinin 4/16 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu əsasında hazırda mərhumun adında olan torpaq sahələri (miras əmlakları) faktiki olaraq onun arvadı Cavabdeh İsammət qızı tərəfindən sahiblik edilməklə idarə olunduğu aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq vərəsəlik işi açılmadığından iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Salmanov İltifat Əli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********64 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Salmanov İltifat Əli oğluna 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Salmanov İltifat Əli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Salmanov İltifat Əli oğluna 12 ay müddətinə , aylıq faiz dərəcəsi 2,1667% olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Salmanov İltifat Əli oğlunun xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat faiz borcu və 158,08 (yüz əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1492,11 (min dörd yüz doxsan iki manat on bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı, 012041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salmanov İltifat Əli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Salmanov İltifat Əli oğlunun ümumi birgə mülkiyyət hüququ ilə adına ünvan 1ində yerləşən 0,85 ha və 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (1/5 hissə) qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Republikası Lerik RİHB-nın Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərəndskiy və Partnyorları” Vəkil Bürosunun vəkili Aysel xanım Əhmədovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/16 nömrəli məktubdan görünür ki, mərhum Salmanov İltifat Əli oğlunun mülkiyyətində olmuş Lerik rayon Mastayıl kəndində yerləşən 0,85 ha və 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (1/5 hissəsi olmaqla) mərhumun arvadı xx xxxx 1956-cı ildə anadan olmuş ünvan 1ində qeydiyyatda olan və yaşayan Cavabdeh İsamət qızının faktiki istifadəsindədir. İş materiallarında olan məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 27 yanvar 2025 -ci il tarixli, 3-21-3-43/2-295/2025 saylı cavab məktubundan görünür ki, Salmanov İltifat Əli oğlunun adına ünvan 1i ünvanında yerləşən 0,8475 ha kənd təsərrüfatı təyinatlı torpaqların 1/5 hissəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,6775 ha kənd təsərrüfatı təyinatlı torpaqların 1/5 hissəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna Lerik Rayon Dövlət Notariat Ofisinin 14 yanvar 2025 -ci il tarixli, 11 saylı cavab məktubundan görünür ki, 11 yanvar 2020-ci il tarixdə vəfat etmiş Salmanov İltifat Əli oğluna dair Lerik rayon dövlət notariat ofisinə müraciət daxil olmamışdır. Həmin şəxs barədə vərəsəlik işi açılmamış və vərəsə dairəsi müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki Salmanov İltifat Əli oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008L**********64 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Salmanov İltifat Əli oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Salmanov İltifat Əli oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Salmanov İltifat Əli oğlu götürdüyü kredit borcundan 930,51 (doqquz yüz otuz manat əlli bir qəpik) manat ödəmiş, onun 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Salmanov İltifat Əli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin məktubuna əsasən mərhum Salmanov İltifat Əli oğlunun ümumi birgə mülkiyyət hüququ ilə adına ünvan 1ində yerləşən 0,85 ha və 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (1/5 hissə) mövcuddur, Azərbaycan Republikası Lerik RİHB-nın Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubuna əsasən Lerik rayon Mastayıl kəndində yerləşən 0,85 ha və 0,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (1/5 hissəsi olmaqla) mərhumun arvadı xx xxxx 1956-cı ildə anadan olmuş ünvan 1ində qeydiyyatda olan və yaşayan Cavabdeh İsamət qızının faktiki istifadəsindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə, mirasın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsələrə qarşı irəli sürə bilər. Eyni zamanda mirası qəbul etmiş vərəsələrin daha sonra həmin əmlak barəsində sərəncam hüquqlarını həyata keçirmələri (yəni bağışlamaları) onları miras qoyanın kreditorları qarşısında məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh borcun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsinə əsasən 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas borc və 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “158,08 (yüz əlli səkkiz manat səkkiz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 158,08 (yüz əlli səkkiz manat səkkiz qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Salmanov İltifat Əli oğlu xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Salmanov İltifat Əli oğlunun vərəsəsi Cavabdeh xx.xx.2019cu il tarixli, 008R********** saylı kredit müqaviləsinə əsasən 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1384,03 (min üç yüz səksən dörd manat üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit müqaviləsinə əsasən 1069,49 (min altmış doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 264,54 (iki yüz altmış dörd manat əlli dörd qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1384,03 (min üç yüz səksən dörd manat üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şivan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-6/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-6/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver