Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-600/2023 06.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı2, Cavabdehlər X6 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər X1 və X4 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və hərəkətlərin qadağan edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum ataları X2 adında olan yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə cavabdehlərə onların həmin hüquqlarının həyata keçirilməsində maneçilik törətmələrinin qadağan edilməsi.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum ataları X2 adında olan yaşayış evində elektrik xətti və qaz xəttindən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,Lerik rayonu Hamarmeşə kəndində yoldaşı, bir az yaşlı uşağı, bir bacısı və bacısının oğlu ilə bilrikdə mərhum atasına məxsus evdə yaşayırlar. Həmin evə dair hüquqmüəyyənedici sənədlər olmasa da köhnə sənədlər mövcuddur. Ancaq həmin sənədlər onda yoxdur. Sözügedən evin elektrik sayğacı və qaz sayğacı qardaşı Cavabdeh2 adına rəsmiləşmişdir. Lakin hər ay o, həm işığın, həm də qazın sərfiyyatın ödəyir. Qardaşı Nazim isə eyni həyətdə olan torpaq sahəsində ayrıca ev tikmişdir. Həmin evin işıq və qaz sayğacı da onun adınadır. O, həmin evdə yaşamağa maneəçilik göstərməklə adına olan işıq və qaz xəttinin kəsilməsi barədə müvafiq orqanlara müraciət etmiş və həmin orqanlarda qaz və işığın kəsilməsi üçün ona məlumat vermişdir. Həmin sayğaları öz adına rəsmiləşdirmək istəsə də lakin cavabdehlər buna imkan vermişlər. Belə olan halda o və ailə üzvləri qaz və işıqdan məhrum olmuşdur. Göstərilənləri nəzərə alaraq belə hesab edirə ki, işığın və qazın yaşadığı evin istifadəsi üçün dayandırlmasının qarşısının alınması üçün qazdan və işıqdan istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırlmalıdır.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdr. Məhkəmə iclasında İddiaçı2, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 qız iddianı qəbul etməyərək bildirdi ki, idiaçı ona şər böhtan atır, iddiaçının söylədikləri yalandır onlar onun koomunal xidmətlərdən istifadəsinə maniələr törətmirlər. Buna görədə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Əhmədov Cavabdeh2 Nigar Fərzi qız ilə eyni məzmunlu izahat verdi. İddiaçılar İddiaçı3 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzlindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2009-cu ildə yarandığından, göstərilən mübahisə həmin zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 19 iyul 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçılar Lerik rayonu Hamarmeşə kəndində yerləşən atalarına məxsus evdə yaşayırlar.Sözügedən evin elektrik və qaz sayğac Cavabdeh2 adına rəsmiləşmişdir.Cavabdeh həmi evin yerləşdiyi həyətdə ayrıca ev tikmişdir.Cavabdeh iddiaçıların atalarına məxsus köhnə evdə yaşamalarına həmin evə çəkilmiş işıq və qazdan istifadə etmələrinə maneçelik törədir. Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli, 499-LQ saylı Qanununun 17-ci maddəsinə əsasən, uşağın ailədə valideyinləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməklə İddiaşılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum X5 məxsus evdən sitifadə hüququ müəyyən edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum X5 məxsus yaşayış evinə gedən işıq və qaz xəttinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum X5 məxsus evdən sitifadə hüququ müəyyən edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Lerik rayonu Hamarmeşə kəndində yerləşən mərhum X5 məxsus yaşayış evinə gedən işıq və qaz xəttinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. İddiaçı Əhmədova (İsmayılova) Göyərçin Valeh qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X6 və Cavabdeh2 alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan «06» noyabr 2023-ci il № 2 (048)-600/2023 İddiaçı2 İddiaçı3 İddiaçı1 (Lerik rayonu Hamarmeşə kəndi ) Surəti: X3 Cavabdeh2 (Lerik rayonu Hamarmeşə kəndi) Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-ci il tarixli 2(048)-600/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-600/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-600/2023
06.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver