Məhkəmə qərarları › İş №2(048)-605/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-605/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-605/2024 31.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 13-Y-4-0-2392-22 saylı müqavilə üzrə kredit borcuna görə 14068.46 manat əsas borc, 1124.44 manat faiz borcu, 136.72 manat cərimə borcu olmaqla cəmi 15329.62 məbləğində borcun və 135.39 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13-Y-4-0-2392-22 sayılı müqavilə üzrə 48 ay müddətinə, illik 18% olmaqla 29000 manat məbləğində kredit verilmişdir. Cavabdeh borc müqaviləsi üzrə öhtəlikləri yerinə yetirməyərək borcunu ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam olaraq ödəməmişdir. Məhkmə iclası zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 ilə məhkəmə iclası zamanı iddia tələbinindən imtina etdiyini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkmə iclası zamanı Cavabdeh vəfat etdiyindən məhkəmə iclasında iştırak etməmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə Lerik rayon Hamarmeşə kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünü rki, Cavabdeh xx.xx.2023-cü il tarixdə asfiksiya səbəbindən vəfat etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddianın yolverizməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göründüyü kimi,iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl vəfat etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin həmin hissədə qəbul edilməsindən imtina edilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onların vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər,vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinə görə bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəlləninp 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin, iddia ərizəsində olan "dövlət rüsumunun ödənilməsi haqqında" məlumatdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Lerik Rayon Məhkəməsinə 136.39 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, Lerik Rayon Məhkəməsinə ödənilmiş 136.39 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu ve 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Lerik Rayon Məhkəməsinə ödənilmiş 136.39 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar