Məhkəmə qərarları › İş №2(048)-606/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-606/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-606/2023 05.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bir baş dana və ya onun dəyəri 2000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir baş erkək dana və ya onun dəyəri olan 2000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dekabr ayında həmkəndlisi Ozal adlı şəxsdən 480 manata bir baş dana almışdır.Həmin dananı Sabir adlı şəxsə vermişdir ki, Sabir həmin dananı müvəqqqəti saxlasın. Sabir həmin dananı bir ay saxladıqdan sonra Sors-çay kəndi ilə Əvilə kəndi arsında olan yaylağa apararmışdır.Sonradan bir müddət keçdikdən sonra həmin dana itmişdir.Həmin dananın quyruğunun ucu ağ rəngdə, danan özü isə qara rəngdə olmuşdur.Sonradan Sors-çay kənd sakini X6 ona zəng edərək onların evinin ətrafında bir baş qara rəngdə heyvan olduğunu bildirmişdir. X18 həyətinə gəlmişlər orada onlara məlum olmuşdur ki, həmin heyvanı Məlikin yeznəsi yəni cavabdeh Əlibala aparmışdır.Onun qardaşı oğlu Samir cavabdeh Əlibalanın oğlu Müşfiq ilə ilə əlaqə saxlamışlar.Müşfiq onlara həmin dananın şəkilini atmışdır.Onlar şəkildə olan heyvanın onlara məxsus olduğunu bilmişlər.Müşfiq onlara bildirmişdir ki, əgər dana sizindirsə gəlin aparın.O, qardaşı oğlu Samir ilə Əlibalanın evinə getmişlər.Əlibalanın həyətində olan dananın onlara məxsus olduğunu görmüşlər.Lakin həmin vaxt Əlibala onlara bildirmişdir ki, onunda danası itmiş, gətirdiyi dana ona məxsusudur.Əlibala dananın onlara verməkdən imtina etmişdir.2022-ci ilin oktyabr ayında şikayəti əsasında şəxsi əmlakının oğurlanması ilə əaqədar Lerik rayon Polis şöbəsinin istintaq qurupu tərəfindən HK-1-770 nömrəli cinayət işi açılmışdır.Bu müddət ərzində obyektiv istintaq işi aparılmamış, iki dəfə qanunsuz qərar qəbul olunmuşdur.Lerik rayon Prokurorluğu qəbul edilmiş qərarların qanunsuz, əsassız və qeyri-obyektiv olması ilə əlaqədar iki dəfə Lerik rayon Polis şöbəsinin İQ-a cavab məktubu göndərsə də heç bir araşdırma aparılmamış və cinayət işinin başlanılması rədd edilmişdir.03 oktyabr 2022-ci il tarixdə rayonun Sors-Çay kənd sakini X12 Zülfiyevlə həmsərhəd Əvilə kəndinin örüş sahəsində ona məxsus bir başa erkək dananı qardaşının Pikap tipli maşını ilə rayonun Lüləkəran kənd sakini Əlibalanın tövləsinə aparmışlar.O, cavabdehin tövləsində öz heyvanın tanıdıqdan sonra cavabdeh və oğlu Müşfiq onunla razılaşaraq şahid gətirərək dananın aparılmasına razı olmuşlar.Sabahsı gün o, şahidlərlə cavabdehin evinə getmiş, cavabdeh heyvanın verilməsindən imtina etmişdir. Ona görədə qanun çərçivəsində işin həllini düşünərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddiada göstərdiyi dana onun öz danası olmuşdur.İddiaçının söylədikləri əsassızdır bu barədə polisdə də araşdırma aparılmışdır.Sözügedən iddia öz təsdiqin tapmamışdır.O, 1 baş dananın itməsi barədə polis şöbəsinə şikayət etməmişdir.Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X3 izahatında göstərdi ki, iddia edilən dana onların danası olmuşdur.Düzdür Əliheydər və onun qardaşı oğlu onunla əlaqə saxlamış həmin dananın onlara məxsus olduğunu bildirmişlər.O, həmin vaxt Bakı şəhərində olmiuş kənddə olmamışdır.O, mobil telefonla Əliheydərin qardaşı oğlu Samirə bildirmişdir ki, əgər dana Əliheydərindirsə gəlib apara bilərlər.Həmin dananın atası Əlibala Qurban bayramında kəsmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, Sulduz onun həmkəndlisidir, Sabir təsərrüfat saxlamağla güzaranını keçirir. 2022-ci ilin əvvələrində Sulduz sözü gedən dananı alaraq saxlamağdan ötrü ona vermişdir.O, da bir ay dananı öz tövləsində saxladıqdan sonra Sulduz həmin dananı gəlib aparmışdır.Həmin dana qara rəngdə olmuş, quyruğunun ucunda ağ tüklər olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, İddiaçı onun əmisidir.O, əmisi heyvan alanda iştirak etmişdir.Dananı o, 480 manata Ozal adlı şəxsdən Əmisi Əliheydər üçün alaraq saxlamaqdan ötrü həmkəndlisi Sabirə vermişdir.Sabir dananı bir ay saxladığdan sonra Sors-çay kəndi ilə Əvilə kəndi arasında yerləşən yaylağ aparmışdır.Ara-bir olaraq həmin dananı yoxlamışdır.Sonradan həmin dana yaylaqda yoxa çıxmışıdır.Sonradan xəbər almışdır ki, heyvan Zülfiyev Məlikin həyətinin ətrafında görünmüşdür.O, Məlikin oğlu ilə əlaqə saxlamış, heyvanın əlamətlərin ona deyəndə, Məlikin oğlu Niyaz ona bildirmişdir ki, həmin qara rəngli quyruğunun ucunda ağ rəng olan dana bir neçə gün qabaq onların həyətinin ətrafında olmuşdur.Sonra isə Məlikin yeznəsi Əlibala həmin dananı oradan aparmışdır.Sonradan o, Əlibalanın oğlu Müşfiq ilə əlaqə saxlamış, Müşfiq ona həmin dananın şəkillərin atmışdır.O, Müşfiqə bildirmişdir ki, şəkildə olan dana əmisi Əliheydərə məxsusdur.Müşfiq ona bildirmişdir ki, əgər dana sizindirsə gəlib apara bilərsis.O, əmisi Əliheydər ilə Əlibalanın həyətinə getmiş, lakin Əlibala dananı onlara verməkdən imtina etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 izahat verərək bildirdi ki, sözü gedən heyvanın kimə məxsus olduğun bilmir.Əlibala onun həmkəndlisidir o, halal adamdır.Samir ona zəng edərək onların kəndində Əlibala adlı şəxsin olub olmadığını soruşmuş, o da Əlibala adlı şəsxin onun həmkəndlisi olduğunu bildirmişdir.Samir ondan Əlibalanın evində quyruğunun ucu ağ özü isə qara rəngdə dana oldluğunu soruşmuş o, Samirə Əlibalanın evində dana olub olmadığın bilmdəiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15 məhkəmə iclasında X5 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X13 tərəfindən verilmiş rəyədn görünür ki, bir baş 3 yaşında olan dananın orta bazar qiyməti 1200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 28414 saylı qəbzdən görünür ki İddiaçı Səhnam oğlu məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Sadıxov X2 sakini Ozal adlı şəxsdən bir ədəd qiyməti 480 manat olan qara rəngli dana almışdır.Həmin dananı müvqqəti saxlamağdan ötrü Şərifov Sabirə vermişdir.Sabir həmin dananı tövləsində bir ay saxladığdan sonra Sors-Çay kəndi ilə Əvilə kəndi arasında yerləşən yaylağa aparmışdır.Yaylağda həmin dana yoxa çıxmışdır.Dananın oğurlanması barədə iddiaçı Əliheydər Polis şöbəsinə müraciət etmişdir.Lerik rayon Polis şöbəsində araşdırma aparılmış, həmin əməldə oğurluq cinayətin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.Sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus olan dana Sors-Çay kənd sakini Məlik Zülfiyevin həyətinin ətrafındadır.İddiaçı və onun qardaşı oğlu X1 ilə əalqə saxalamış Niyaz iddiaçıya bildirmişdir ki, quyruğun ucu ağ özü isə qararəngdə dana bir neçə gündür ki, onların həyətinin ətrafında gəzir.İddiaçı və qardaşı oğlu X20 həyətinə gələndə onlara məlum olmuşdur ki, həmin dananı Məlikin yeznəsi Cavabdeh aparmışdır.Həmin vaxt iddiaçı tərəf cavabdehin oğlu Müşfiqlə mobil telfon vasitəsi ilə əlaqə saxlamış Müşfiq həmin qara rəngli dananı fotoşəkilini iddiaçı tərəfə göndərmişdir.İddiaçı şəkildə olan dananın ona məxsus olduğunu bildirmişdir.Cavabdehin oğlu Müşfiq İddiaçı və onun qardaşı oğlu Samirə bildirmişdir ki, əgər dana onlarındırsa gəlib apara bilərlər.İddiaçı və onun qardaşı oğlu Samir dananı gətirmək üçün cavabdehin evinə getdikdə cavabdeh tərəh həmin dananın iddiaçıya verməkdən imtina etmişdir.Göstərilən bütün faktlar və şahid ifadələri onu göstərir ki, mübahisəli dana İddiaçı məxsus olmuşdur.Digər tərəfdən qara rəngdə quyruğunun ucu ağ olan bir baş dananın itməsi barədə İddiaçı 2022-ci ilin oktyabr ayında Lerik rayon Polis şöbəsinə şikayət etsə də Cavabdeh danasının itməsi barədə heç bir orqana şikayət etməmişdir.Bütün bu faktlar onu göstərir ki, mübahisəli dana İddiaçı Səhnam oğluna məxsusdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh bir baş 3 yaşında dana və ya həmin dana olmazsa onun dəyəri olan 1200 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh Ağayar Yəhyayevəaid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh bir baş 3 yaşında dana və ya həmin dana olmazsa onun dəyəri olan 1200 manat pul tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kiçibəyov Atabəy AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 05 dekabr 2023-ci il № 2 (048)-606/2023 İddiaçı (Lerik şəh., H.Aslanov küçəsi) Surəti: Cavabdeh (Lerik rayonu, Lüləkaran kəndi) Lerik Rayon Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli 2(048)-606/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana Hakim: Kiçibəyov Atabəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar