Məhkəmə qərarları › İş №2(048)-624/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-624/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-624/2024 09.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 notariat müqaviləsi əsasında 7800 (yeddi min səkkiz yüz) manat borcun, hüquqi xidmətlərə görə xərclədiyi 100 (bir yüz) manat pulun və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara məxsus xeyir-şər evində olan oğurluq hadisəsi ilə bağlı Lerik rayon Polis İdarəsinə şikayət etmişlər. Polis şöbəsinin araşdırılması zamanı məlum olmuşdur ki, onlara məxsus xeyir-şər evindən oğurluq edilməsi öz təsdiqini tapmışdır. Onlara oğurluq hadisəsi zamanı külli miqdarda ziyan dəymişdir. Məhkəmə istintaqı dövründə həyat yoldaşı X14 ilə cavabdeh X8 arasında Lerik Notariat Kontorunda xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onlara dəymiş 10300 (on min üç yüz) manat ziyanı xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh X8 həmin öhdəlikləri kobud şəkildə pozaraq bu günə kimi yerinə yetirməmişdir. Bu günə kimi onun tərəfindən cəmi 2500 (iki min beş yüz) manat məbləğində ödəniş olunmuş, qalan 7800 (yeddi min səkkiz yüz) manat pul isə ödənilməmiş qalmışdır. Onunla həyat yoldaşı X14 arasında olan heç bir razılaşmanı qəbul etmir. Buna görə də ilk əvvəl pretenziya qaydasında cavabdehə müraciət etmiş və pulu ödəməsi üçün ona 10 gün vaxt vermiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bildirmək istəyir ki, həyat yoldaşı X14 ilə nikah dövründə əldə etdikləri xeyir-şər evinin 50% hissəsi ona aiddir və onun həmin xeyir-şər evində haqqı olduğu üçün X3 ona dəymiş ziyanı, yəni 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulu tələb edir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və eyni zamanda üçüncü şəxs X14 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında cinayət hadisəsi nəticəsində istintaqla müəyyən olunmuş onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini, bunun məhkəmə hökmündə öz əksini tapdığını, 10300 manat pul verəcəyi barədə ərizəni isə barəsində olan cinayət işi üzrə tutulmamaq üçün məcbur qalaraq verdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(048)-57/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Hökmdən görünür ki, Cavabdeh oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X7 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 1x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X5 idarə etdiyi “Vaz-2106” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X10 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X7 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 metr uzunluğunda 4x2,5 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 3 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik Simens markalı avtomatı, 1 ədəd 3x63 amperlik Simens markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri X5 idarə etdiyi “Vaz-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X10 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. İş üzrə zərərçəkmiş şəxs X14 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-578/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-380/2024 nömrəli qərardadından görünür ki, iddiaçı X7 apellyasiya şikayətindən imtinası qəbul edilmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-578/2023 nömrəli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o zərərçəkmiş şəxs X11 vurmuş olduğu 10300 manat məbləğində ziyanı xx.xx.2022-ci il tarixədək ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş Nüvədi kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Əliabad Bələdiyyəsinin 05 iyun 2006-cı il tarixli qərarından görünür ki, X11 tikinti tikmək məqsədilə Lerik rayonu Əliabad kəndi ərazisində tikinti tikmək məqsədilə 0,04 ha torpaq sahəsi ayrılmışdır. İddia tələbindən görünür ki, İddiaçı Lerik rayonunun Əliabad kəndində yerləşməklə həyat yoldaşı X7 mülkiyyətində olan torpaq sahəsində tikilmiş, lakin istifadəyə verilməmiş xeyir-şər evinə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun tutulmasını xahiş edir və tələbinin əsasını X14 ilə xx.xx.1988-ci il tarixdən nikah olmaları və həmin əmlakı birgə nikah dövründə əldə etmələri ilə əlaqələndirir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Lerik rayonunun Əliabad kəndində yerləşən 0,04 ha torpaq sahəsində olan xeyir-şər evini İddiaçı ilə X14 birgə nikah dövründə əldə etmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X7 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 1x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X5 idarə etdiyi “Vaz-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X10 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuş, bundan başqa Cavabdeh oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X7 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 metr uzunluğunda 4x2,5 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 3 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik Simens markalı avtomatı, 1 ədəd 3x63 amperlik Simens markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri X5 idarə etdiyi “Vaz-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X10 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən zərərçəkmiş şəxs X11 cinayət hadisəsi nəticəsində vurulmuş ziyan ödənilmiş və zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə də göründüyü kimi, İddiaçı iddia tələbində X14 ilə birgə nikah dövründə əldə etdikləri xeyir-şər evinə cinayət nəticəsində vurulmuş ziyana görə Cavabdeh 7800 manat məbləğində pul tələb etsə də, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi nəticəsində təqsirləndirlən şəxs Cavabdeh tərəfindən zərərçəkmiş şəxs X11 vurulmuş 2550 manat məbləğində ziyan (Səfər Rufullayevlə birlikdə törətdiyi cinayət əməllərinə görə) ödənilmiş, bu hallar məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə həmçinin iddiaçının istinad etdiyi Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə münasibət bildirərək qeyd edir ki, ərizədə Cavabdeh vurulmuş ziyana görə X11 10300 manat ödəcəyini qeyd etsə də, cinayət işi materiallarında Cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğinin 2550 manat olduğu müəyyən edilmiş və həmin ziyan məbləği də Cavabdeh tərəfindən zərərçəkmiş şəxs X11 ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, X1 Zülfiqar Ənvər oğlu tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)- 578/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş apellyasiya qaydasında mübahisələndirilsə də, iddiaçı X7 apellyasiya şikayətindən imtina etdiyindən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin izah edir ki, İddiaçı X14 ilə birgə nikah dövründə əldə etdikləri Lerik rayonunun Əliabad kəndində yerləşən 0,04 ha torpaq sahəsində olan xeyir-şər evinə cinayət nəticəsində vurulmuş ziyana görə ödənilmiş pulun yarısını cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış hazırki işdə üçüncü şəxs olan X6 tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar