Məhkəmə qərarları › İş №2(048)-659/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-659/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-659/2024 20.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi maraqlı şəxs kimi qeyd edilən) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi maraqlı şəxs kimi qeyd edilən) qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 31 avqust 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 31 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 53 sayh Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsinin nisyə alqı-satqı qaydasında 25800 (iyirmi beş min səkkiz yüz) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4-cü bəndinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsinin nisyə alqı-satqı qaydasında 30000 (otuz min) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh 5000 (beş min) manat məbləğində pulu alqısatqı müqaviləsi rəsmiləşdirilən gün satıcının, yəni İddiaçı ASC-nin hesabına ödəmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının, yəni İddiaçı ASC-nin hesabına ödəyir, qalan 25000 (iyirmi beş min) manatı isə xx.xx.2025-ci il tarixinədək 44 ay müddətinə 550 (beş yüz əlli) manat, 45-ci ay isə 800 (səkkiz yüz) manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 10500 (on min beş yüz) manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 31 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 21 may 2024-cü il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda maraqlı şəxs Bakı şəhəri 53 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m. olan fərdi yaşayış evini və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsini Cavabdeh 30000 (otuz min) manata satmışdır. Həmin müqavilənin 5ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının, yəni İddiaçı ASC-nin hesabına ödəyir, qalan 25000 (iyirmi beş min) manatı isə xx.xx.2025-ci il tarixinədək 44 ay müddətinə 550 (beş yüz əlli) manat, 45-ci ay isə 800 (səkkiz yüz) manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndindən görünür ki, satıcı daşınmaz əmlakı yardımçı vsitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2021-ci il tarixinədək alıcının faktiki sahbliyinə verməyə öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 (beş) gün müddətində müqavilə üzrə qalıq borcu ödəməyi, əks halda ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan fərdi yaşayış evini boşaldaraq Banka təhvil verməyi tələb olunmuş, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə sübutlarla və işin faktiki hallarına əsasən Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********77-10301 qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan fərdi yaşayış evi 31 avqust 2021-ci il tarixdə iddiaçının mülkiyyətinə verilmiş, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı Notariat ofisində qeydə alınmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv.m. olan fərdi yaşayış evini və 0,0119 ha torpaq sahəsini 30000 manata Cavabdeh satmışdır. Həmin müqavilənin tələbinə görə Cavabdeh alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün İddiaçı ASC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 5000 manat məbləğdə pul vəsaitini ödəməyi, qalıq 25000 (iyirmi beş min) manatı isə xx.xx.2025-ci il tarixinədək 44 ay müddətinə 550 (beş yüz əlli) manat, 45-ci ay isə 800 (səkkiz yüz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış adıçəkilən nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə görə müqaviləyə dəyişikliklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazıb razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən adıçəkilən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik vaxtında icra edilmir və buna görə də, cavabdehə poçt vasitəsilə mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün 21 may 2024-cü il tarixdə yazılı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtləri pozaraq öhdəliklərini icra etmir. Bu baxımdan, iddiaçının hazırkı iddia tələbi əsaslıdır, qanunun və tərəflər arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, hazırda mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehin orada yaşaması birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmiş 31 avqust 2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m. olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmiş 31 avqust 2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m. olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0119 ha olan torpaq sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar