Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-693/2024 05.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 maddi ziyana görə ümumilikdə 50.000 (əlli min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 təqsirləndirilir ondan ötrü ki, o oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1725 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədi ilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs, halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik “Simens” markalı avtomatı, 1 ədəd 3x63 amperlik “Simens” markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. Cavabdeh2 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh1 və X13 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini, bundan əlavə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla orada olan 1 ədəd su motorunu oğurlayıb elektrik naqillərini həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində ziyan vurmuşdur. Cavabdeh3 təqsirləndirilir ondan ötrü ki o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavam ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğində ziyan vurmuşdur. Bununla da Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş və təhqiqat materialları əsasında istintaq aparılaraq ittiham aktı tərtib olunmuşdur. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməlləri nəticəsində ona külli miqdarda maddi zərər dəymiş, bununla bağlı 60.000 manat dəyərində ziyan çəkmişdir. Lakin təqsirləndirilən şəxslərin gənc olmalarını nəzərə alaraq həmin zərərin əvəzi olaraq 60.000 manat deyil ümumilikdə 50.000 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən alınıb ona verilməlidir. Bildirir ki, həyat yoldaşı X9 ilə xx.xx.1988-ci il tarixdən rəsmi olaraq nikahdadırlar. Həmin mülkiyyət birgə nikahları dövründə əldə edildiyi üçün və birgə nikah dövründə əldə edilmiş əmlaka görə o, da həmin mülkiyyət üzrə subyektiv hüquq sahibidir. Bu həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarı ilə də təsdiqlənmişdir. Təqsirləndirilən şəxslər onlara təkcə maddi yox, həm də mənəvi ziyan vurmuş və onların hərəkətəri ailəni dərindən sarsıtmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və eyni zamanda üçüncü şəxs X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğindən də daha artıq məbləğdə ziyanın zərərçəkmiş şəxsə ödənildiyini, bununla bağlı məhkəmə qərarlarının olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər Cavabdeh1 isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(048)-7/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 09 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 02 (iki) ay 6(altı) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh3 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməmişdir. Hökmdən görünür ki, zərərçəkmiş şəxs X7 cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmışdır. Təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 (dörd min) manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyan tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Cavabdeh2 və Cavabdeh3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Lerik Rayon Məhkəməsinin 1(048)-07/2023 saylı, 15 mart 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-2075/2023 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Cavabdeh2 və Cavabdeh3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarı zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə eyni zamanda qeyd etmişdir ki, cinayət işi materiallarında olan zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən zərərçəkmiş şəxsə 4000 (dörd min) manat ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamışdır. Həmçinin, cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(048)-57/2022 nömrəli hökmündən görünür ki, eyni cinayət işi üzrə təqsirləndirlən şəxs X4 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan 2550 (iki min beş yüz əlli) manat (Cavabdeh1lə törətdiyi cinayət əməlinə görə) ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamamışdır. Bununla da, cinayət işi materialları ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs X7 cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmışdır. Təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənilmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyan tam olaraq ödənilmişdir. Ona görə də birinci instansiya və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, zərərçəkmiş şəxsin mülki iddiası təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Nüvədi kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Əliabad Bələdiyyəsinin 05 iyun 2006-cı il tarixli qərarından görünür ki, X7 tikinti tikmək məqsədilə Lerik rayonu Əliabad kəndi ərazisində tikinti tikmək məqsədilə 0,04 ha torpaq sahəsi ayrılmışdır. İddia tələbindən görünür ki, İddiaçı Lerik rayonunun Əliabad kəndində yerləşməklə həyat yoldaşı X3 mülkiyyətində olan torpaq sahəsində tikilmiş, lakin istifadəyə verilməmiş xeyir-şər evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən vurulmuş ziyana görə 50.000 (əlli min) manat məbləğində pulun tutulmasını xahiş edir və tələbinin əsasını X9 ilə xx.xx.1988-ci il tarixdən nikah olmaları və həmin əmlakı birgə nikah dövründə əldə etmələri ilə əlaqələndirir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Lerik rayonunun Əliabad kəndində yerləşən 0,04 ha torpaq sahəsində olan xeyir-şər evini İddiaçı ilə X9 birgə nikah dövründə əldə etmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X3 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mmlik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X1 idarə etdiyi “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X6 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüşlər, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmış, təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 manat artıq ödənilmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyan tam olaraq ödənilmiş, bu səbəbdən iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlar da da, zərərçəkmiş şəxs X7 cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulduğu və həmin ziyandan təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənildiyi məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadələri ilə müəyyən olunduğu, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyanın tam olaraq ödənildiyi müəyyən edilmişdir. Beləliklə də göründüyü kimi, İddiaçı iddia tələbində X9 ilə birgə nikah dövründə əldə etdikləri xeyir-şər evinə cinayət nəticəsində 50.000 (əlli min) manat məbləğində ziyanın vurulduğunu qeyd etsə də, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyandan təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənilmiş, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyan tam olaraq ödənilmiş, bu hallar məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadələri ilə təsdiq olunmuşdur. Belə olan halda isə iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin izah edir ki, İddiaçı X9 ilə birgə nikah dövründə əldə etdikləri Lerik rayonunun Əliabad kəndində yerləşən 0,04 ha torpaq sahəsində olan xeyir-şər evinə cinayət nəticəsində vurulmuş ziyana görə ödənilmiş pulun yarısını cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış hazırki işdə üçüncü şəxs olan X2 tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-693/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-693/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver