Məhkəmə qərarları › İş №2(048)-720/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-720/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-720/2023 16.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X5 Təsərrüfatı mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Təsərrüfatı mərkəzinin Cavabdeh qarşı X8 vurmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 Təsərrüfatı mərkəzinin direktoru Amil Abdullayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 8440.80 manat pul vəsaitinin Lerik rayonu Vistən kənd sakini Cavabdeh tutulub X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Vistən kənd sakinı Cavabdeh Alışan oğlu 1 saylı X4 Mərkəzinin Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayında meşə gözətçisi işlədiyi dövr ərzində mühafizə etdiyi dolayın ərazisində ağacların qanunsuz kəsilməsinə şərait yaratmaqla X8 8440 (sokkiz min dörd qırx) manat 80 qəpik manat məbləğində küllü miqdarda ziyan vurmuşdur Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hokim X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2 3 vo 259.2.4-cü maddaləri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı X5 Təsərrüfatı mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, tələb olunan məbləği heç bir yerdə işləmədiyindən X5 Təsərrüfatı Mərkəzinə ödənilməsində çətinlik çəkir.Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçı Lerik Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(048)-18/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2 3 vo 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X8 dəymiş ödənməmiş ziyanın əvəzi olan 8440.80 manat pul tutularaq “X5 Təsərrüfatı” Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinin tələblərinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları nəhkəməyə verilən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumundan azad edilirlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X8 dəymiş ödənməmiş ziyanın əvəzi olan 8440.80 manat pul tutularaq “X5 Təsərrüfatı” Mərkəzinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 16 noyabr 2023-cü il № 2 (048)-720/2023 X5 Təsərrüfatı Mərkəzi (Lənkəran şəhəri B.Məmmədov küçəsi 7) Surəti: Cavabdeh (Lerik rayon Vistən kəndi) Lerik Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(048)-720/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 02 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar