Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-73/2023 23.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı MM “Xəzər” Kredit İttifaqı nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı MM “Xəzər” Kredit İttifaqı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MM “Xəzər” Kredit İttifaqı adından Hərəkət edən İdarə heyyətinin sədr müavini X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli 01258-1196-02 saylı kredit müqaviləsinin, cavabdehlər X2 və Cavabdeh3 ilə bağlanmış 10 noyabr 2021-ci il tarixli 01258-1196-02/Z/0 saylı müqavilələrin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və X2 və Cavabdeh3 müştərək qaydada 4562.63 manat əsas borc, 1030.58 manat faiz borcu və 106.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5700 manat məbləğində borcun və 77 manat ödənilmiş dövlət rüsumunun tutularaq MM “Xəzər” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə MM “Xəzər” Kredit İttifaqı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 25 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. Lakin borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh X2 və Cavabdeh3 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Borclu Cavabdeh1 banka 4562.63 manat əsas borc, 1030.58 manat faiz borcu və 106.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5700 manat borcu vardır. İddiaçı MM “Xəzər” Kredit İttifaqı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən tələb olunan cərimə məbləğinin çox olduğunu bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiçının nümayəndəsinin izahatını dinləyərək, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 25 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli 01258-1196-02/Z/0 saylı müqavilədən görünür ki, X2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyə arayışının sürətindən görünür ki, Cavabdeh1 10 noyabr 2021-ci il tarixli 01258-1196-02 saylı kredit müqaviləsinə əsasən MM “Xəzər” Kredit İttifaqına 4562.63 manat əsas borc, 1030.58 manat faiz borcu və 106.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5700 borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, X2 və Cavabdeh3 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, kredit borcu və ona hesablanmış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X2 və Cavabdeh3 iddiaçı MM “Xəzər” Kredit İttifaqı aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin buna baxmayaraq onlar müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişlər. Məhkəmə cavabdehlərdən tələb olunan cərimə məbləğinin 10 manat həddinədək azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumununun əvəzində 77 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. MM “Xəzər” Kredit İttifaqı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli 01258-1196-02 saylı kredit müqaviləsi, cavabdehlər X2 və Cavabdeh3 ilə bağlanmış 10 noyabr 2021-ci il tarixli 01258-1196-02/Z/0 saylı kredit müqaviləsi ləğv edil edilsin. Cavabdehlər Cavabdeh1 və X2 və Cavabdeh3 müştərək qaydada 4562.63 manat əsas borc, 1030.58 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5603.21 manat məbləğində borcun və 77 manat ödənilmiş dövlət rüsumu tutularaq MM “Xəzər” Kredit İttifaqına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-73/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-73/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver