Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-737/2025 09.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Lerik şəhərində yaşayır və Lerik rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsində xadimə işləyir. Onunla birlikdə xəstəxanada tibb qardaşı işləyən Cavabdeh ona demişdir ki, uşağı xəstədir və ona borc pul lazımdır. O, özü üçün kredit götürdüyündən 1000 (min) manat pulu olmuşdur. Ülvi ona pulu verməsini və bir ay ərzində qaytaracağını bildirmişdir. O, özündə olan 1000 (min) manat pulu 2023-cü il oktyabr ayında Ülviyə vermişdir. Lakin Ülvi ondan aldığı 1000 (min) manat puldan 200 (iki yüz) manatını qaytarsa da, qalan 800 (səkkiz yüz) manat pulu qaytarmamışdır. Ona dəfələrlə desə də o, hər dəfə bir bəhanə gətirmişdir. Onunla dəfələrlə telefon və whatsap vasitəsilə danışmış, ancaq borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, onun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxaraq iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məlumat verməməsini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq Lerik rayon Polis şöbəsindən məhkəməyə ünvanlanmış İddiaçı Nehmət qızına müraciəti əsasında Lerik RPŞ-də aparılan araşdırma materiallarında olan sənədlərdən: İddiaçı tərəfindən DİN-nin “102” XZM-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-in “102” XZM-nə zəng vuraraq, Qaraşlı Ülvü adlı şəxsə borc məqsədi ilə 1 il əvvəl 800 (səkkiz yüz) manat pul verməsi və geri ala bilməməsi barədə məlumat vermişdir. İddiaçı tərəfindən Lerik RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 30 noyabr 2024-cü il tarixində DİN-in “102” xidmətinə zəng vuraraq Cavabdeh adlı şəxsin ondan borc məqsədi ilə 1 il əvvəl 800 (səkkiz yüz) manat pul aldığını, lakin hal-hazıra qədər onun pulunu geri qaytarmadığını qeyd etmiş, pulun ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Həşimxan Fərziyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, icraaatına Lerik şəhər sakini İddiaçı xx.xx.2024-cü il tarixli, MK-2/1319 saylı müraciəti daxil olmuşdur. İddiaçı həmin məlumatda keçmiş iş yoldaşı olan Züvüc kənd sakini Cavabdeh 800 manat pul borc verməsini qısa müddətdə qaytaracağını bildirsə də, hal-hazıra qədər pulunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında keçmiş iş yoldaşı olan Lerik rayon Mərkəzi Xəstəxanasında tibb qardaşı işləmiş Züvüc kənd sakini X2 2023-cü ilin sentyabr ayında həyat yoldaşını əməliyyat etdimək məqsədi ilə ondan 800 manat borc pul aldığını, qısa müddətdə qaytaracağını bildirsə də, hal-hazıra qədər pulunu qaytarmadığını bildirmişdir. Müraciətin mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. Lerik RPŞ-nin İTB-nin rəisi, polis polkovnik-leytenantı Emil Aslanov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Lerik RPŞ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinə əsas araşdırma aparılmış, bununla əlaqədar müraciəti mülki xarakterli olduğundan ona məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan “WhatsApp” proqramına “**********20” əlaqə nömrəsindən daxil olmuş yazışmalardan görünür ki, “Səməndər xala bu ayı gözlə çatdıracam sənin pulunu narahat olma keçməyəcək bu aydan sonraya”, “Salam Səməndər xala axşamın xeyir olsun”, “Maaş köçsün inşallah göndərəcəm narahat olma 1-ci gün olacaq inşallah” kimi mesajlar daxil olmuşdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 1000 (min) manat pul vermiş, Cavabdeh həmin məbləğin 200 (iki yüz) manatını qaytarsa da, lakin 800 (səkkiz yüz) manat pul vəsaitini İddiaçı qaytarmamışdır. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, iddiaçı qaytarılmalı olan 800 (səkkiz yüz) manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində cavabdeh onun ləğvi üçün Lerik Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-737/2025
Lerik Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(048)-737/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver