Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-739/2025 23.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat nağd verdiyi borc və təzminat olaraq 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə çoxdan münasibətləri olmuşdur. Cavabdeh ondan borc pul istəmiş və onu yaxından tanıdığı üçün ona 29 noyabr 2022-ci il tarixində Lerik rayonu hüquq xidmətinin ofisində müqavilə bağlayaraq, müqavilənin şərtləri ilə razılaşaraq 4 ay müddətinə istədiyi 400 manat məbləğində pulu vermişdir. Cavabdeh da müqaviləyə imza edərək ondan 400 manat pulu almışdır. Həmçinin razılaşma müqaviləsində müqaviləni pozan tərəfin öz razılığı ilə qarşı tərəfi məhkəmədə iddia qaldıraraq pulun iki misli qədər təzminat tələb etməyə razılaşmışlar. Cavabdeh pulu geri qaytaracağını bildirsə də, vədinə əməl etməmiş, ona olan borcundan hazırki vaxtadək heçnə qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehə yaxınları tərəfindən xəbər göndərmiş və ona çatdırmışdır ki, o, 1-ci qurup əlildir, həftədə üç dəfə dializ aparatına qoşulur. O, bu xəstəliyinə görə rayondan Bakıya getmişdir ki, müalicə alsın. Cavabdeh isə rayonda olduğu üçün onu aldadır və öz borcunu verməkdən boyun qaçırır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Sahibkarları ilə vətəndaşların hüquqi marifləndirmə və hüquq xidmətində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə Hüquq xidmətinin ofisində Cavabdeh 04 ay müddətinə 400 (dörd yüz) manat borc pul vermiş, Cavabdeh İddiaçı 04 ay müddətinə 400 manat pulu borc almış, müqavilə bağlandığı andan qüvvədə sayılır və müqavilənin müddəti göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə bitir. Tərəflər razılaşdığı kimi verilən borc pul vaxtından əvvəl tələb oluna bilməz, borc alan tərəfdən pul vaxtından əvvəl ödənilərsə müqavilə qüvvəsini itirmiş sayılır və borc verən tərəfin narazılığı olmamalıdır. Müqaviləni pozan tərəfin öz razılığı ilə qarşı tərəfi məhkəmədə iddia qaldıraraq heç bir şərt qoyulmadan borc pulu 400 (dörd yüz) manatı və borc pulun iki misli qədər, yəni əlavə 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məhkəmə vasitəsilə təzminat tələb etməyə razılaşırlar. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sahibkarları ilə vətəndaşların hüquqi marifləndirmə və hüquq xidmətində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən İddiaçı Cavabdeh 400 (dörd yüz) manat məbləğində borc pul vermiş, Cavabdeh oğlu isə həmin borcu 04 ay müddətinə qaytarmağı öhdəsinə götürsə də, həmin borc məbləğini qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsində qeyd olunduğu kimi qaytarmalı olduğu pul vəsaitini tam həcmdə 04 ay müddətinə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin razılaşma müqaviləsi üzrə ödənilməmiş 400 (dörd yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “400 (dörd yüz) manat təzminat pulunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, razılaşma müqaviləsindən irəli gələn 400 (dörd yüz) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə müəyyən edilmiş 400 (dörd yüz) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 3 (üç) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat borc və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 450 (dörd yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat borc və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 450 (dörd yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-739/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-739/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver