Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-761/2023 06.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 1500 manat maddi ziyan və 1200 manat mənəvi ziyan görə cəmi 2700 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətayi rayon məhkəməsinin 14-1prel 2016-cı il tarixli və həmin məhkəmənin 25-fevral 2016-ci il tarixli hökmüna əsasən, cavabdeh, Lerik rayonu Siyov kənd sakini X1 barədə dələduzluğ maddələri ilə cinayət işinə baxmışdır. Məhkəmə zamanı ona dəymiş ziyana görə cavabdeh ziyanı ödəyəcəyi barədə məhkəmədə söz versədə, özü öz xətti ilə şəxsiyyət vəsiqəsinin üstündə pulu qaytaracağını yazsada, sonradan sözünə sahib çıxmamış və onu aldatmağına davam etmişdir.Cavabdeh hökmdə göstərildiyi kimi işə düzəltmək adıyla ondan öncə 1200-manat va sonradan 300-manat olmaqla ümumilikdə 1500-manat pul almışdır. Şahidlərin iştirakı ilə hatta həbs oldunduğu halda belə pulu qaytaracağına söz verən cavabdeh, həmin vaxtdan gizlənir və heç bir telefona cavab vermədən onun pulumu qaytarmaqdan boyun qaçırır. Cavabdehin yaxın adamlarından da xahiş etmişdir ki, bu cavabdehə desinlər ki, pulu qaytarsın, lakin pulu qaytarmamışdır. Bu səbəbdən də məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ona ayrı-ayrı vaxtlarda cəmi ümumilikdə 1200 manat pul vermişdir.İddiaçının onda tələb etiyi 300 manat pulu gəldikdə isə o, bildirdi ki, onun iddiaçıya 1500 deyil hökmdə qeyd olunduğu kimi iddiaçıya 1200 manat pul borcu olduğunu bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli 1(011)-103/2016 saylı hökmün sürətindən görünür ki, cavabdeh dələduzluğ edərək iddiaçının 1200 manat pulunu aldığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəsası təyin edilmişdir. İş materiallarına Əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 47 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi Cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Lakin, iddiaçı tərəfindən həmin digər mənəvi ziyanın dəyməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə İddiaçı Cavabdeh mənəvi ziyan görə ona 1500 manat vurulmasını söyləsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.Bu səbəbdən də məhkəmə onun tələbini inandırıcı hesab etmir. Eyni qərarın 11-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin cavabdehdən mənəvi zərərə görə xeyrinə 1200 (bir min iki yüz) manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Cavabdeh 1200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilməsin. Cavabdeh 1200 manat məbləğində pul və 47 (qırx yedi) manat ödənilmiş dövlət rüsümu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 06 noyabr 2023-cu il № 2 (048)-761/2023 İddiaçı (Bakı şəh., Binə qəs., Südçlük sovxozu) Surəti: Cavabdeh (Lerik rayonu, Siyov kəndi) Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cu il tarixli 2(048)-761/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-761/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-761/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver