Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-81/2025 17.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Hökməli Oqtay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı– Cavabdeh 9968,90 (doqquz min doqquz yüz altmış səkkiz manat doxsan qəpik) manat əsas borcun və 121 (yüz iyirmi bir) ödənilmiş manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 24 sentyabr 2024- cü il tarixində predmeti 2017-ci il buraxılışlı "Kia Forte" markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı avtomobil olan ilkin alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlamışlar.Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin dəyəri 37,850 manat məbləğində müəyyən edilir və 36 ay ərzində aylıq 1050 manat vəsaiti alıcı satıcıya ödəməyi öhdəsinə götürür.Həmçinin ilkin alqı-satqı müqaviləsi bağlamazdan əvvəl avtomobil xx.xx.2024-cü il tarixində etibarnamə əsasında alıcının sahibliyinə verilmişdir.Avtomobil cavabdehə texniki cəhətdən saz vəziyyətdə təhvil verilmiş və avtomobilin saz olmasını müqavilənin 2.9-cu bəndinə əsasən cavabdeh tərəfindən də təsdiqlənmişdir. Avtomobil alıcının faktiki sahibliyinə keçdikdən sonra o, avtomobili yararsız vəziyyətə salmış, yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələr yazılmış və müqaviləyə əsasən aylıq ödənilməli olan vəsaiti ödəməmişdir.Avtomobilə dəyən zərər "HH Service" tərəfindən ümumilikdə 8101,80 manat məbləğində qiymətləndirilmişdir. Hazırki müddətədək Cavabdehlə avtomobilə dəyən zərərin ödənilməsi üçün çoxsaylı danışıqlar aparılmışdır. Lakin danışıqlar nəticəsiz qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Müqavilənin 2.5-ci maddəsinə əsasən ikinci tərəf- Cavabdeh həmin avtomobilin özgəninkiləşdirilməsinə dair əsas müqavilə bağlananadək qəza və ya texniki nasazlıq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyi öhdəsinə götürür.Avtomobil Cavabdeh sahibliyində olarkən yol hərəkəti qaydalarına əməl etmədiyi üçün yəni, sürət həddini aşmağa, dayanma və durma qaydalarını pozduğuna, ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin başladılmamasına görə cərimələr və cərimələr ödənilmədiyinə görə əlavə dəbbə pulu hesablanmışdır. Cərimələrin ödənilməsi tərəfindən həyata keçirilmişdir. Tərəfindən ödənilən məbləğ 782,10 manat təşkil edir. Hesab edir ki, ödənilən məbləğ cavabdehdən tutularaq, ona ödənilməlidir.Həmçinin ilkin alqı-satqı müqaviləsində xx.xx.2024-cü il tarixindən etibarən mənə aylıq 1050 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki, yəni xx.xx.2024-cü il tarixinədək ona ödənilməli olan 1050 manat ödənilməmişdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən ödəniş gecikdirildiyi halda, alıcı gecikdirilmiş hər gün üçün əlavə 5 manat ödəniş ödəməyi öhdəsinə götürür. Ödənişin xx.xx.2024-cü il tarixində həyata keçirməli olduğunu nəzərə alaraq, ümumilikdə ona alıcı tərəfindən 1085 manat vəsait ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək,məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, 2(048)-81/2025 saylı Qərardadın avtomobilimin qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.29 aprel 2025-ci il, 9/1714 saylı ekspert rəyində olan qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı "Kia Forte" markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin tam qiymətləndirilməsi həyata keçirilə bilməmişdir. Belə ki, bəzi ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Qiymətləndirilən hissəyə münasibətdə ehtiyat hissələri və təmir, bərpa işləri 2341,75 manat məbləğində müəyyən edilmişdir.Qiymətləndirilən hissəyə nəzərə yetirdikdə, tərəflərindən təqdim edilən “HH Servis" MMC- nin xx.xx.2024-cü il tarixli qüsur aktı ilə demək olar ki, eynilik təşkil etdiyini görə bilərik. Bu isə dəymiş zərərin real olduğunun göstəricisidir.Ekspert rəyi ilə qüsur aktı arasındakı əsas fərq bəzi ehtiyat hissələrinin qiymətləndirilməsinin mümkün olmaması, həmçinin ekspert rəyində motorun yığılması xərclərinin ümumiyyətlə nəzərə alınmaması (600 manat) və təzə təkərin 4 ədədinin 100 manat məbləğində qiymətləndirilməsidir. Bazar qiymətlərinə nəzər yetirdikdə isə 1 ədəd təkərin qiymətinin 20 manat olması mümkün deyildir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qiymətləndirilməyən ehtiyat hissələrinin qiymətləndirilməsi üçün əlavə ekspertizanın keçirilməsi vaxt itkisinə səbəb olduğundan etiraz edir. Həmçinin məhkəmədən qiymətləndirilməyən ehtiyat hissələrinə münasibətdə xx.xx.2024-cü il tarixində HH servis tərəfindən qiymətləndirilən məbləğin tətbiq edilməsini və motorun yığılması xərclərinin nəzərə alınmasını xahiş edir.Yuxarıda qeyd etdiyim tələb təmin edilərsə, avtomobilə dəymiş zərər məbləği ehtiyat hissələrinə münasibətdə 5161 manat məbləğində, təmir-bərpa işlərinə münasibətdə isə 700 manat məbləğində müəyyən ediləcəkdir. Ümumilikdə avtomobilə dəymiş zərər məbləği 5861 manat təşkil edir.Bundan başqa, iddia ərizəsində qeyd etdiyi kimi avtomobil Cavabdeh sahibliyində olarkən yol hərəkəti qaydalarına əməl etmədiyi üçün yəni, sürət həddini aşmağa, dayanma və durma qaydalarını pozduğuna, ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin başladılmamasına görə cərimələr və cərimələr ödənilmədiyinə görə əlavə dəbbə pulu hesablanmışdır. Cərimələrin ödənilməsi tərəfindən həyata keçirilmişdir. Tərəfindən ödənilən məbləğ 782,10 manat təşkil edir. Hesab edir ki, ödənilən məbləğ cavabdehdən tutularaq, ona ödənilməlidir.Həmçinin ilkin alqı-satqı müqaviləsində xx.xx.2024-cü il tarixindən etibarən ona aylıq 1050 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki, yəni xx.xx.2024-cü il tarixinədək ona ödənilməli olan 1050 manat ödənilməmişdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən ödəniş gecikdirildiyi halda, alıcı gecikdirilmiş hər gün üçün əlavə 5 manat ödəniş ödəməyi öhdəsinə götürür. Ödənişin xx.xx.2024-cü il tarixində həyata keçirməli olduğunu nəzərə alaraq, ümumilikdə ona cavabdeh tərəfindən 1085 manat vəsait ödənilməlidir.Yuxarıda göstərilənləri nəzərə alaraq, avtomobilə dəymiş zərərə görə 5861 manat, ödənilən cərimə məbləğlərinə görə 782, 10 manat, avtomobilin ödənişini gecikdirdiyi üçün 1085 manat, dövlət rüsumuna ödədiyim 121 manat, ümumilikdə 7849,10 manat vəsaitin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul etməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, 2024-cü ilin fevral ayında maşını icarəyə götürdüyünü, sentyabr ayında isə müqavilə bağladığını,aylıq 1050 manat ödəniş etdiyini bildirmişdir. Müqavilədən əvvəl maşının sağ tərəfini zibil yeşiyinə vuraraq motoru zədələmişdir.Hadisə zamanı polis əməkdaşı olmamışdır.Hazırda borcu olmadığını,aylıq 1050 manat ödənişi etdiyini, bu barədə 630 manat miqdarında qəbzləri məhkəməyə təqdim etdiyini, eyni zamanda iddiaçı tərəfindən ödənilən cərimələrin əvəzini iddiaçıya nağd şəkildə geri qaytardığını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsindən görünür ki, Birinci tərəf İddiaçı satılacaq avtomobili 37850 (otuz yeddi min səkkiz yüz əlli) manat qiymətləndirir. “İkinci tərəf” Cavabdeh isə avtomobili 37850 (otuz yeddi min səkkiz yüz əlli) manata almağı öhdəsinə götürür. “İkinci tərəf” Cavabdeh satış məbləğini xx.xx.2024-cü il tarixdən etibarən ayda 1050 (min əlli) manat olmaqla 36 (otuz altı) ay ərzində ödəməyi,satış qiymətindən qalan 50(əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər 25 saylı notariat ofisində satıcı İddiaçı alıcı Cavabdeh 2017-ci il buraxılışlı "Kia Forte" markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında vermişdir. İş materiallarına əlavə edilmiş EQ22812848 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 14:23:05 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 12.7 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ236868** nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 18:53 radələrində İXM 346.1. Durma qaydalarını pozmağa görə 20 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ24012702 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 20:14:14 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 9 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22745828 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 19:49:12 radələrində İXM 346.1. Bu məcəllənin 346.2- 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,dayanma qaydalarını pozmağa görə 26 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş İXP6450471 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 15:44:00 radələrində 141 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22135529 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 22:10:48 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 16 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22746357 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 10:28:55 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 13 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22332506 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 19:31:44 radələrində İXM 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə 30 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22256568 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 21:00:59 radələrində İXM 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə 30,80 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ22695321 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 16:50:31 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 13,30 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ24013334 nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 21:01:20 radələrində İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə 9 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ2363357* nömrəli protokolun çıxarışından görünürki, Cavabdeh xx.xx.2024-cü il saat 18:48 radələrində İXM 346.1. Bu məcəllənin 346.2-346.9cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,dayanma qaydalarını pozmağa görə 20 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********9 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 14,70 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 14,40 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********8 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 10 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 21 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 15 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 28,40 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 17 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 10 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 23 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 149 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 32,40 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 27,40 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********4 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 21 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, 416973******3251 nömrəli kart hesabından 33 manat məbləğində vəsait silinmişdir. İş materiallarına əlavə edilmiş “Kapital bank” tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli 618 nömrəli arayışdan görünür ki, 416973******3251 (********************) nömrəli kart İddiaçı (fin:xxxxxxx Seriya:AA*******) məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********1 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 70 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********8 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına (****3251) 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********3 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 40 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 45 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********8 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 70 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 34 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********9 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********8 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 1 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********5 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 55 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********1 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli qəbzin surətindən görünür ki, Səbuhi Ə******* hesabına 35manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, 2017-ci il buraxılışlı "Kia Forte" markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8101,8 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək,iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2025-ci il tarixli 9/1714 nömrəli rəyindən müəyyən olunur ki,xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən 2017-ci il buraxılışlı "Kia Forte" markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir bərpa xərci təxminən 2341,75 manat müəyyən edilmiş, o cümlədən dəyişməli hissələrin qiyməti 1641,75 manat,təmir-bərpa işlərinin qiyməti-700 manatdır.Qüsur aktında qeyd edilmiş digər ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkun olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh 24 sentyabr 2024- cü il tarixində predmeti 2017-ci il buraxılışlı "Kia Forte" markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı avtomobil olan ilkin alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlamışlar.Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin dəyəri 37,850 manat məbləğində müəyyən edilir və 36 ay ərzində aylıq 1050 manat vəsaiti alıcı satıcıya ödəməyi öhdəsinə götürür.Həmçinin ilkin alqı-satqı müqaviləsi bağlamazdan əvvəl avtomobil xx.xx.2024-cü il tarixində etibarnamə əsasında alıcının sahibliyinə verilmişdir. Avtomobilin alqı-satqı müqaviləsindən sonra cavabdehin sahibliyində olan zaman, avtomobili yararsız vəziyyətə salmış, yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələr yazılmış və həmin cərimələrin bir qismini iddiaçı cavabdehin əvəzinə ödəmiş,müqaviləyə əsasən aylıq ödənilməli olan vəsaiti tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmən məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmən məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı "Kia Forte" markalı, ** FQ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə maddi ziyan vurması məhkəmə ekspertiza mərkəzinin rəyinə əsasən 2341,75 manat müəyyən edilmişdir.Eyni zamanda ekspertiza mərkəzi təqdim edilmiş qüsur aktında qeyd edilmiş digər ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkun olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görədə ekspertiza rəyində məlum olmayan hissələrin qiymətini məhkəmə “HH Servıs” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktında qeyd edilən qiymətlərlə əsas götürərək, 5226,75 manat məbləğində dəyişilməli hissəllər və 700 manat məbləğində təmir bərpa işləri olmaqla cəmi 5926,75 manat maddi ziyan dəydiyini müəyyən etməlidir. Lakin iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən də göründüyü kimi iddiaçı tərəf iddia tələbinin ehtiyat hissələri hissəsində 5161 manat və təmir bərpa işlərinə görə isə 700 manat məbləğində vəsaiti tələb edir. Odur ki, iddiaçı tərəfin ehtiyat hissələrinə görə 5161 manat və təmir bərpa işlərinə görə 700 (yeddi yüz) manat məbləğində pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 1050 (min əlli) manat aylıq ödəniş və cərimələrə görə ödədiyi 782,10 manat pulun tutulması hissəslərinə gəldikdə isə , iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzləri əsasında cərimələrə görə 416,60 manat ödəniş etdiyi məlum olmuşdur.Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar əsasında 1050 manat aylıq ödənişdən 630 manat ödəniş etdiyindən 420 manat borcu qaldığı məlum olmuşdur.Bununla ələqadar cavabdehdən cərimə borcuna görə 416,60 manat və aylıq ödənişə görə 420 manat pul tutlmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121 (yüz iyirmi bir) manat manat dövlət rüsumunun 86,97 (səksən altı manat doxsan yeddi qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maşına dəymiş ziyana görə 5861 manat,iddiaçı tərəfindən cavabdehin cərimə borclarını ödədiyinə görə 416,60 manat və aylıq ödənişə görə 420 manat olmaqla, ümumilikdə 6697,60 (altı min altı yüz doxsan yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 86,97 (səksən altı manat doxsan yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6697,60 (altı min altı yüz doxsan yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 86,97 (səksən altı manat doxsan yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-81/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-81/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver