Məhkəmə qərarları › İş №2(048)-812/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-812/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-812/2023 28.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaqa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunl əsaslandırmışdır ki, Cavabdeh iddiası əsasında onunla aralarında bağlanmış 01 iyun 2007-ci il 03 sayla qeydə alınmış nigahları, Lerik rayon məhkəməsinin 22-oktyabr 2020-ci il tarixli 2(048)-474/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan da uşaqlara aliment təyin olunmuşdur.Cavabdeh əvvəllər təqaüdlə dolanırdısa, indi onun təqaüdüdə artıb və əlavə olaraq başqa işdədə işləyir və maddi vəziyyətidə yaxşıdır. Amma bircə dəfədə olsun uşaqlarla maraqlanmır, onların tələbatənı ödəməkdən boyun qaçırır. Lakin uşaqlar böyüyürlər və onların tələbatıda artır. Cavabdehin verdiyi 120 manat alimentlə 2 uşağı saxlamaq qeyri mümkündür ona görədə alimentin artırılması qərarına gələrək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqramla üraciət edərək məhkəmə iclasında səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək səhəti ilə əaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş sistemi tərəfindən verilmiş əlillik haqqında arayışdan görünür ki, Cavabdeh 2-ci qurup əlilliyə görə 321 manat müavinət alır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsində qeyd olunmuşdur ki,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını, və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehin Cavabdeh ilə rəsmi nikaha daxil olarq ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2010-cu il tarixdə X2 adlı uşaqları doğulmuşdur.Bir müddər münasibətləri normal olsa da tərəflər sonradan ayrılmışdır.İddiaçı aliment tələbi barədə məhkəməyə müraciət etmişdir.Lerik rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il 2 (048)-474/2020 saylı qətnaməsi ilə xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaqa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh 2-ci qrup əlil kimi 321 manat məbləğində pensiya alır.Başqa heç bir gəlirə (qazanca) malik deyildir.Səhətində ciddi problemlər vardır. Məhkəmə bütün bunları nəzərə alaraq belə qərara gəlmişdir ki, aliment tələbi barədə qətnamə qəbul edildiyi vaxtdan bu günə kimi cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olamdığından və cavabde 2-ci quru əlil kimi 321 manat məbləğində pensiya aldığından alimenti artırılması cavabdehin maddi vəziyyətinə əhmiyyətli dərəcədə mənfi təsir göstərəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəyə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci isntansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin, iddiaçı tərəf cavabdehin maddi vəziyyətində müsbət mənada dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehn qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya şurasına ödənilmiş 50 manat önun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya şurasına ödənilmiş 50 manat önun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 27 noyabr 2023-cü il № 2 (048)-812/2023 İddiaçı (Lerik rayonu Amburdərə kəndi ) Surəti Cavabdeh qızına (Lerik rayonu Amburdərə kəndi) Lerik Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2 (048)-812/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar