Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-815/2023 26.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 9600 manat pulunun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9600 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdə X1 ona məxsus olan 1998-ci il model Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı aftomobili ehtibarnamə əsasında almışdır.İllərdirki, sözü gedən aftomobilini özü istifadə etmişdir. Onun bəzi problemləri olduğundan aftomobilini satmaq qərarına gəlmişdir.Aftomobilini Bakı şəhərində Lerik rayon Babagil kənd sakini olan Cavabdehyla öz arasında ilkin 3000 manat ödəməklə yerdə qalan məbləği 28 ay müddətinə hə ay 400 manat ödəməklə cəmi 14200 manata razılıqa gəlmişdir.Cavabdehlə razılığa gələrək Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı aftomobilini onunla razılığa gəlmişdir.Cavabdeh 2023-cü ilin mart ayında ilkin 3000 manat ona ödəniş etməklə yerdə qalan məbləği 28 aya bölərək hər ay 400 manata razılığa gəlmişdir.Cavabdeh 4 ay 400 manat ödənişindən sonra ona olan borcunu ödəməkdən boyun qaçırmışdır.Cavabdeh 9600 mant pulun alınaraq ona veriməsini istəyir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, iddiaçıdan Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı avtomobili öz aralarında sövdələşərək ilkin olaraq iddiaçıya 3000 manat verməklə 28 ay müddətində hər ay 400 manat ödəmək şərti ilə almışdır.O, iddiaçıya 4 ay müddətinə 400 manat ödəniş etrdikdən sonra imkanı olmadığı üçün ödəniş edə bilməmişdir.Sonra Sabir tərəfindən avtomobilə verilən etibarnamənin müddəti bitdiyindən avtomobili polislər dayanacaqa aparmışdır. Daha sonra maşının əvvəlki sahibini taparaq onunla sövdələşərək həmin şəxsdən öz qohumunun adına etibarnamə alaraq maşını satmışdır.Onun iddiaçıya halhazırda 9600 manat borcu vardır Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş 03 iyul 2018-ci il tarixli ƏN-İV № 501668 saylı etibarnamənin sürətindən görünür ki, Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı buraxılış ili 1998 Ban nömrəsi: WDB2100061A815979 avtomobil X2 tərəfindən X3 etibarnamə əsasında nəqilliyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tarixli ƏN-vııı № 383939 saylı etibarnamənin sürətindən görünür ki, Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı buraxılış ili 1998 Ban nömrəsi: WDB2100061A815979 avtomobil X2 tərəfindən X3 etibarnamə əsasında nəqilliyat vasitəsini idarə etmək,bağışlamaq, ipoteykaya qoymaq, sərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyul 2022-ci il tarixli ƏN-Vİ № 466771 saylı etibarnamənin sürətindən görünür ki, Mersedens Benz E220 CDİ minik markalı ** BA *** Dövlət qeydiyyat nişanlı buraxılış ili 1998 Ban nömrəsi: WDB2100061A815979 avtomobil X2 tərəfindən Cavabdeh etibarnamə əsasında nəqilliyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5474 saylı qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 119 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 9600 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu fakt məhkəmə iclasında araşdırılmış Cavabdeh Nayıb oğlu da öz izahatında təsdiq etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 9600 manat məbləğində pul alınaraq İddiaçı verilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 119 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9600 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Əlavə olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 119 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 26 dekabr 2023-ci il № 2 (048)-815/2023 İddiaçı (Bakı şəh., Telenov, ev 21, m 104) surəti: Cavabdeh (Lerik rayonu babagil kəndi) Lerik Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(048)-815/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-815/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-815/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver