Məhkəmə qərarları › İş №2(048)-864/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-864/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-864/2023 04.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X3 оğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə Lerik Rayon Mənhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə qeyri rəsmi nigahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanılmasından ötrü hər ayda 220 manat aliment və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci il tarixdə qeyri rəsmi nigaha daxil olmuş və qeyri rəsmi nigahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 adında uşaqları dünyaya gəlmişdir. O cavabdehin işlədiyini və maddi vəziyyətinin yaxşı olduğunu bildirmiş, lakin uşağa baxmadığını qeyd etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin şəxsi məlumatları haqqında sorğu göndərilmiş və Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.6-cı və 261.0.5ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı xx.xx.2023-cü il tarixdə Lerik Rayon Mənhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə qeyri rəsmi nigahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanılmasından ötrü hər ayda 220 manat aliment və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar