Məhkəmə qərarları › İş №2(048)-865/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-865/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-865/2023 04.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(106)-902/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, Mediasiya Təşkilatına ödənilmiş 50 manat rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 sentyabr 2012-ci il tarixində Cavabdeh ilə el adətinə uyğun ailə həyatı qurmuşlar. Nikahların 04 sentyabr 2012-ci il tarixində Lənkəran rayon Qeydiyyat şöbəsində 633 nömrə ilə qeyd etdirmişlər. Birgə nikahdan 10 yanvar 2010-cu il tarixdə X10 və 10 may 2011-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur.Lənkaran Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(049)-5033/2017 saylı qətnaməsi ilə aralarında olan xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 633 sayla qeydə alınmış nikah aktı qeydi pozulmuş, birgə nikahdan doğulmuş 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X9 adlı uşaqlar atası Cavabdeh yanında qalması qət edilmişdir.Şirvan Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(106)-902/2018 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(049)-5033/2017 saylı qətnaməsi "Nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X9 atası Cavabdeh yanında qalması" hissəsində və iddia tələbinin təmin olunmayan hissəsində ləgv edilmişdir. İddia tələbi qismən təmin edilməklə, 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X9 Cavabdeh alınaraq anaları X6 himayəsinə verilməklə onunla yanında qalması müəyyən edilmişdir. Cavabdeh azyaşlı uşaqlar X6 himayəsinə verildiyi gündən başlayaraq 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir.Şirvan Apellyasiya Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(106)-902/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşaqlarının normal qidalanması üçün bu günün tələblərinə cavab vermir. Cavabdeh tikinti işləri ilə məşğul olur. Yəni, fərdi yaşayış evlərinin tikintisi və satışı ilə məşğuldur. Kifayət qədər gəliri vardır. Buna baxmayaraq, uşaqların tələbatlarını qarşılamaq üçün 200 manat aliment ödənişindən başqa bir manat olsa belə maddi dəstək göstərmir. Odur ki, alimentin artırılmasına zərurət yaranmışdır. İddiaçı X7 məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi alimentin miqdarı çoxdur.Özü heç bir yerdə işləmir.Alimentin artırılması onun maddi durumunda çətinliklər yaradar.Ona görədə məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, iddiaçının və cavabdehin izahatın dinləyib məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqqında şəhadətnamələrin sürətindən görünür ki, tərəflərin birgə nikahından 10 yanvar 2010-cu il tarixdə X10 və 10 may 2011-ci il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş X13 1 saylı Mediasiya təşkilatının X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL-02375 saylı arayışdan görünür ki, iddiaçı X1 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellasiya Məhkəmənin 17 aprel 2018-ci il tarixli, 2(106)-902/2018 saylı qətnaməsinə əsasən 10 yanvar 2010-cu il təvəllüdlü X10 və 10 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, məhkəmənin qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaqa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqların tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 yanvar 2010-cu il tarixdə doğulmuş X10 və 10 may 2011-ci il tarixdə doğulmuşX9 adlı yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir bir uşaqa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş Mediasiya xərci üzrə 50 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 yanvar 2010-cu il tarixdə doğulmuş X10 və 10 may 2011-ci il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaqa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(048)-865/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh ödənilmiş Mediasiya xərci olan 50 (əlli) manat pul alınaraq iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 04 dekabr 2023-cü il № 2 (048)-865/2023 X5 (Bakə şəh.,Xətai ray.,Araz Novruzov küç.,45/6 ) Surəti Cavabdeh (Lerik rayonu Bırkandul kəndi) Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2 (048)-865/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar