Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-908/2025 16.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh Cəlahir oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh Cəlahir oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəlahir oğlundan 5600 (beş min altı yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin əvvəllərində Lerik rayonunu Anburdərə kənd sakini Cavabdeh Cəlahir oğlu mülkiyyətində olan ona məxsus olan NİVA markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan aralarında olan şifahi razılaşmaya əsasən alqı-satqı yolu ilə 8700 (səkkiz min yeddi yüz) manat almış və ilkin olaraq 8700 (səkkiz min yeddi yüz) manatdan elə həmin gün 2000 manat pul vermiş və qalan 6700 (altı min yeddi yüz) manat pulun isə 1 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra avtomobili idarə etmək üçün Azər Ələkbərovla birlikdə olan X1 adına avtonəqliyyat vasitəsini idarə etmək üçün müvəqqəti etibarnamə vermişdir. Cavabdeh Cəlahir oğlu verdiyi sözə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həyat yoldaşının əməliyyat olduğunu bəhanə gətirərək qısa müddət ərzində pulu qaytaracağını bildirmişdir. Çoxlu təkidlərindən sonra Cavabdeh ona 1100 manat pul ödəmişdir. Pulun ödənilməmiş hissəsinin 15 gün ərzində verəcəyinə söz vermişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə “NİVA” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini özbaşına, razılığı olmadan hissələrə bölərək satdığını ona bildirmişdir. Əməlində cinayət tərkibi olduğu üçün bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, ancaq Lerik RPŞ-nin İstintaq qrupunun müstəntiqinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində cinayət işinin başlanmasının rədd edilmiş, iş mülki xarakterli hesab edilərək məhkəməyə müraciət edilməsi ona tövsiyyə edilmişdir.Cavabdeh Cəlahir oğlu tərəfindən vurulmuş 5600 (beş min altı yüz) manat maddi zərər ona bu günə kimi ödənilməmiş qalmışdır.Buna görə də Cavabdeh Cəlahir oğlu tərəfindən pozulmuş hüquqlarımı bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim olunaraq 2(048)-908/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı maddi zərər olan 5600 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirirəm ki, İddiaçı 24 noyabr 2025-ci il tarixli EM-1089, 65669/25 saylı müqavilə bağlamışdır. Hazırda həmin müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş əlavə 400 manat həmin pulun da iddia qiyməti olan 5600 manat pulu ilə birlikdə Cavabdeh alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək bildirmişdir ki, şifahi razılaşmaya əsasən maşını cavabdehə 8700 manata satmışdır. Maşını cavabdehə satarkən cavabdeh ona 2000 manat nağd pul vermiş, sonradan isə 1100 manat pulu isə kartına köçürmüşdür.Bir ay ərzində cavabdeh ona satığı avtomobilin üzərində olan nömrəni qaytarmalı, o da əvəzində cavabdehə baş etibarnamə verməliydi. Daha sonra cavabdeh müxtəlif bəhanələr ilə pulun qaytarılmasından yayınmışdır.Əlavə olaraq maşının üzərində olan nömrəni cavabdehə 2500 manat satdığını və maşınla birlikdə 8700 manata cavabdehlə razılaşdığını bildirmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasın xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Cəlahir oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, avtomobuli Emindən 5900 manata almışdır həmin puldan 2000 manat avtomobili alanda 1100 manat isə Eminin bank kartına köçürmuş onun cavabdehə 2800 manat borcu qalmışdır. Avtomobildə bir neçə nasazlığı olduğundan onu idarə etmək mümkün olmamış, buna görə də o, Emindən aldığı avtomobili hissələra ayraraq satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclası zamanı izahat verərərək bildirdi ki, maşını alqı-satqı edərkən orda olmuşdur. İddiaçı Cavabdeh Cəlahir oğluna maşını 6200 manata satmağa razılaşmışdır. Daha sonra cavabdeh Eminə onun yanında 2000 manat pul vermiş, 4200 manat borcu qalmışdır.Razılaşmaya Əsasən cavabdeh 1 ay ərzində Eminə 4200 manat pulu və maşının üzərində Eminin adına olan dövlət nömrə nişanının qaytarmalı idi. Məhkəmə iddiaçın, onun etibarnamə üzrə nümayəndəsi və vəkili eləcədə şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AA № 352756 saylı X5 sürətindən görünür ki, İddiaçı Kəlbəcə rayonundan olmaqla hazırda müvəqqəti Samux rayonunda məskunlaşmışdır. İş materiallarında olan Lerik RPŞ-nin istintaq qurupunun müstəntiqi, polis baş leytenantı X3 tərəfindən 05 may 2025-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, Cavabdeh Cəlahir oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli № EM-1089VK-65669/202 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Gəncə regional Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi yardım göstərilməi ilə bağlı müqavilə bağlanmış, İddiaçı hüquqi yardımın göstərilməsi müqabilində 400 manat pul ödəniş etmişdir. Azərbaycan Respublikiası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə şahidin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, tərflər arasında şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə istifadəsində olan NİVA markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vermiş, sonuncu isə avtomobili 6200 manata alması barədə razılaşmışdır.Həmin məbləğin 2000 manatını dərhal, 1100 manatını isə iddiaçının bank kartına köçürmüşdür.Cavabdehin iddiaçıya 3100 manat borcu qalmışdır.Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməyərək avtomobili hissələrə ayraraq başqa şəxslərə satmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Cəlahir oğlundan 3100 (üç min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı qaçqın və məcburi köçkün olmaqla dövlət rüsumundan azad olduğundan və iddia tələbi təmin olunduğundan 51 (əlli bir) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cəlahir oğlundan 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh Cəlahir oğlundan 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-908/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-908/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver