Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-100/2024 06.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, həmçinin Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya borclu olduğu 27.000 (iyirmi yeddi min) manat borc pulun, kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə 115 manat pulun, bank xidmətinə görə 54 (əlli dörd) manat vəsaitin, 171,4 (yüz yetmiş bir manat qırx qəpik) manat dövlət rüsumunun və bank uçot dərəcəsi (5%) nəzərə alınmaqla müəyyən ediləcək zərərin, yəni 1350 (min üç yüz əlli) manat pulun alınıb İddiaçı xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tələbi onunla əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında əvvəllər onunla bir yerdə işləmiş Lənkəran şəhəri Arif Bağırov küçəsi 41 saylı evdə yaşayan X1 şəhərində yaxın bir tanışının olduğunu, həmin şəxsin hazırda pula ehtiyacı olduğundan təxminən 1 il müddətinə ona 27.000 manat məbləğində borc verilməsini xahiş etmişdir. Qeyd etdiyi kimi Etibar Mirzəcanov əvvəllər onunla birlikdə polis orqanlarında işləmiş, münasibətləri çox yaxşı olmuş və onda qeyd olunan məbləğdə pulun olması barədə məlumatlı olmuşdur. Söhbət zamanı onu da ona bildirmişdir ki, həmin pul tərəfindən onun tanışına veriləndən sonra ola bilər ki, 1-1,5 il müddətində deyil, daha tez müddətdə qaytarılmış olsun. O dostu Etibar Mirzəcanovun istəyinə zidd olaraq hərəkət etməsə də, bildirdi ki, həmin pulu notariat qaydasında müqavilə bağlamaqla və 2023-cü ilin sentyabr ayının sonuna qədər qaytarılması şərtilə verə bilər. Söhbət zamanı ona məlum oldu ki, dostu Etibar Mirzəcanovun xahiş etdiyi adam Lənkəran şəhər sakini olsa da, hazırda Rusiya Federasiyasında yaşayır. Həmin şəxslə, yəni Cavabdeh2 ilə mobil telefonda danışarkən ona əlavə vədlər verdi, ona əl tutduğuna görə əvəzini çıxacağını, pulu vaxtında qaytarmaqla yanaşı ona başqa formada da hörməti keçəcəyini bildirdi və həmin məbləği onun arvadına, yəni hazırki iş üzrə Cavabdeh1 verməyini xahiş etmişdir. O ona izah etdi ki, əlbəəl deyil, notariat qaydasında kredit müqaviləsi bağlamaqla pulu verə bilər. Aralarında olan razılaşmadan sonra o cavabdeh X8 və dostu X2 iştirakı ilə 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat ofisində olmaqla kredit müqaviləsini bağladılar. Cavabdeh1 xx.xx.2023-cü il tarixədək həmin pulu əri Cavabdeh2 köməyi ilə bilavasitə özü tərəfindən ödəniləcəyini öhdəsinə götürdü. Həmin günü 27.000 manat məbləğində pul tərəfindən notariat ofisinin depozit hesabına keçirildi və dərhal çıxarılmaqla X6 verildi. Notariat ofisində müqavilənin rəsmiləşdirilməsi ilə əlaqədar 115 manat dövlət rüsumu və bank xidmətinə görə 54 manat pul onun tərəfindən ödənildi. 27.000 manat pulun Notariat Kontorunun depozit hesabından Cavabdeh1 ödənilmiş olması və 115 manat dövlət rüsumunun, habelə bank xidmətinə görə 54 manat pulun onun tərəfindən ödənilməsi ilə bağlı sənədləri Cavabdeh2 ilə mobil telefonda söhbət edərkən borc pulun müqavilədə qeyd olunan 28 sentyabr 2023-cü il tarixində deyil, daha tez müddətdə ödənilə biləcəyinin istisna olmadığını dəfələrlə ona bildirmişdir. X10 pulun tez bir zamanda ona qaytarılacağından əlavə dostu X4 vasitəsilə ona göstərdiyi diqqət və qayğıya görə əvəzini çıxacağı ilə bağlı vədlər də vermişdi. Lakin belə oldu ki, 28 mart 2022-ci ildə 27.000 manat pul tərəfindən Cavabdeh2 arvadı Cavabdeh1 verildikdən sonra keçən 1 il 6 ay ərzində həmin məbləğ tam və ya qismən ona qaytarılmadı, heç bir «hörmətin sahibi olmadı» və üstəlik Cavabdeh2 telefonda onunla əlaqə saxlamaqdan yayınırdı. Son aylarda bir neçə dəfə onunla ***-***-**-** saylı mobil nömrə vasitəsilə «Watsapp» sosial şəbəkəsindən əlaqə saxlaya bilsə də, hər dəfə ona yalan vədlər vermiş, arvadı Cavabdeh1 vasitəsilə pulu ona çatdıracağını bildirmiş olsa da, əməl etməmişdir. 2023-cü ilin mart ayında kəskin qiymet artımları ilə əlaqədar o Cavabdeh2 ilə telefonda söhbət edərkən pulun alıcılıq qabiliyyətinin xeyli aşağı düşmüş olduğunu ona xatırlatmış və ona borclu olduğu 27.000 manatı tez bir zamanda ödəməyəcəyi halda faiz pulunu tələb edəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, o nə İddiaçı, nə də ki onun dostu X3 tanımır. Əri Cavabdeh2 ona zəng etmiş və notariusa gedib müqaviləyə imza edib, pul götürməli olduğunu ona bildirmiş, o da notariusa gedərək, orada iddiaçı ilə kredit müqaviləsi bağlamış və pulu götürərək əri Cavabdeh2 göndərmişdir. Onun İddiaçı ilə hər hansı şifahi razılaşması olmamış, onunla bu barədə heç bir söhbət aparmamışdır. Əri Rusiya Federasiyasında olduğunu üçün özü iştirak edə bilməmiş, müqavilə bağlaması üçün onu göndərmişdir. O da sadəcə olaraq müqaviləyə imza etmişdir. Müqavilənin məzmunundan belə məlumatlı olmamışdır. Bu iddiaçı ilə əri Cavabdeh2 arasında «Whatsapp» yazışmalarından da müəyyən etmək olar. Lakin iddiaçı həmin yazışmaları məhkəməyə təqdim etməkdən imtina edir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən İddiaçı qeyd olunan borc məbləğini özü götürmüş, borcun məbləği, qaytarılma müddəti ilə bağlı müqavilənin mühüm şərtləri onunla iddiaçı arasında razılaşdırılmışdır. O arvadı Gülanəyə öz adından müqavilə bağlanması üçün etibarnamə vermiş, lakin notariusda Gülanənin onun adından etibarnamə əsasında kredit müqaviləsi bağlanmasına razılıq verilməmişdir. Belə olan halda o Rusiya Federasiyasında olduğu üçün məcbur qalıb Gülnayə Vüqarla kredit müqaviləsi bağlamasını xahiş etmiş, Gülanə də aldığı 27.000 manatı ona göndərmişdir. Aldığı 27.000 manat borc məbləğini məhkəmə araşdırması yekunlaşana qədər iddiaçıya ödəyəcəkdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏQDİM EDİLMİŞ SÜBUTLAR: xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 notariusun bankda açılan depozit hesabi vasitəsi ilə 27000 (iyirmi yeddi min) manat məbləğində pul borc verir. İddiaçı krediti xx.xx.2023 tarixinədək İddiaçı Cavabdeh1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Cavabdeh1 kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. İddiaçı müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mədaxil orderindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsinə görə 115 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mədaxil orderindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 27.000 manat pul vəsaiti və 54 manat bank xidmətinə görə pul vəsaiti həmin tarixdə İddiaçı notariat ofisinin depozit hesabına köçürülmüşdür. Kapitalbank ASC-nin mədaxil qəbzindən görünür ki, hazırki iddianın verilməsi üçün dövlət rüsumu kimi 171,40 manat pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İddiaçı iddia tələbini məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxımından məhkəmə ilk növbədə iddiaçının iddianın əsaslılığını təsdiq edən sübut növü kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin etibarlılığına qiymət verilməli olmasını zəruri hesab edir. xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsinin məzmunundan fərqli olaraq həm iddia ərizəsinin, həm də iddiaçının nümayəndəsinin və cavabdehlərin məhkəmə iclaslarında verdiyi izahatlarından belə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmasına dair razılığa gəlinmiş, şifahi razılığa əsasən iddiaçı 27000 manat məbləğində pul vəsaitini 18 ay ərzində qaytarmaq şərtilə Cavabdeh2 verməyi, cavabdeh isə həmin pul məbləğində qeyd olunan müddət ərzində iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh Rusiya Federasiyasında olduğundan qeyd olunan kredit müqaviləsi Cavabdeh2la deyil, onun arvadı – digər Cavabdeh1 ilə bağlanmış, sonuncu da götürdüyü pul məbləğini Cavabdeh2 vermişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi Cavabdeh1 ilə bağlansa da, iddiaçı faktiki olaraq müqavilənin mühüm şərtləri ilə bağlı, yəni kreditin məbləği, qaytarılmalı olması müddəti və öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyət Cavabdeh1 ilə deyil, onun əri digər Cavabdeh2la razılaşdırılmış, Cavabdeh1 sadəcə olaraq, Cavabdeh2 tapşırığı əsasında həmin müqavilənni texniki tərəfini, yəni rəsmiləşdirilməsini həyata keçirmişdir. Belə olan halda İddiaçıla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsi onun üçün deyil, Cavabdeh2 üçün hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 340-ci maddəsinə görə: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə belə qənaətə gəlir ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış əqd, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi uydurma əqd hesab edildiyindən etibarsızdır və etibarsız əqd də Cavabdeh1 üçün hər hansı hüquqi nəticələr doğurmur. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə MM-nin 337.5-ci maddəsi tətbiq edilməli, tərəflərin hər biri biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Hazırki işin hallarından da müəyyən edilir ki, iddiaçının Cavabdeh1 ödənilən 27.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 verilmişdir. Belə olan da halda qeyd olunan pul vəsaiti məhz Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat xidmətlərinə görə 115 manat, pul vəsaitinin bank hesabına köçürülməsi üçün bank xidmətinə görə 54 manat pul vəsaiti ödənilmiş və qeyd olunan məbləğlərdə zərər çəkmişdir. MM-nin 21-ci maddəsinə görə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 21.2-ci maddəsinin tələbi baxımından İddiaçı məhrum olduğu kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat xidmətlərinə görə ödədiyi 115 manat, həmçinin 27.000 maant pul vəsaitinin bank hesabına köçürülməsi üçün bank xidmətinə görə 54 manat pul vəsaiti də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın borcun gecikdirilməsi üçün vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə də qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27.000(iyirmi yeddi min) manat, illik 5% dərəcəsi ilə hesablanmaqla 1.350(bir min üç yüz əlli) manat, kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə 115(bir yüz on beş) manat, bank xidmətinə görə 54(əlli dörd) manat, dövlət rüsumu kimi ödənilmiş 171,4(yüz yetmiş bir manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh2 alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə, yəni Cavabdeh1 münasibətdə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.000(iyirmi yeddi min) manat, illik 5% dərəcəsi ilə hesablanmaqla 1.350(bir min üç yüz əlli) manat, kredit müqaviləsinin rəsmiləşdirilməsinə görə 115(bir yüz on beş) manat, bank xidmətinə görə 54(əlli dörd) manat, dövlət rüsumu kimi ödənilmiş 171,4(yüz yetmiş bir manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh2 alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə, yəni Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi və elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-100/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-100/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver