Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1020/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O,iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Bərdə rayonu Mehdili kəndində məskunlaşmışdır. Cavabdeh təxminən 7-8 ildir ki tanıyır. Aralarında yaxın münasibət, inam-etibar olmuş, bir-birilərinin evində olmuş, yas mərasimində iştirak etmişlər. 21 aprel 2022-ci il tarixdə Cavabdeh özünün ***-***-**-** nömrəli mobil telefonu ilə ona zəng edərək Bakı şəhərində lombardlardan birində girov kimi qoyduğu qızılını girovluqdan çıxartmaq üçün ona 700 manat pul lazım olduğunu və ondan 700 manat pul göndərməsini xahiş etmişdir. Əvəzində qızılı lombardın girovluğundan çıxardıb dərhal satacaq və 3 gün ərzində pulu geri qaytaracağını bildirmişdir. Aralarındada inam-etibar olduğu üçün o, cavabdehə inanmış, özündə nəğd pul olmadığına görə X2dan 700 manat borc pul alıb 23 aprel 2022-ci il tarixdə Bərdə şəhərində “Bolmart” marketində olan e-Manat ödəniş terminalı vasitəsi ilə **********04774 nömrəli kart hesab nömrəsinə göndərmişdir. X2 şəhid anasıdır, borc alıb Cavabdeh göndərdiyi 700 manat isə, Zərnigar Abbasova dövlət tərəfindən şəhid oğlu X1 şəhid olması ilə əlaqədar ödənilmiş pul olub. Pulu göndərdiyi hesab nömrəsini Cavabdeh özü ona telefonla bildirmişdi. Pulu göndərdikdən 5-6 gün sonra Cavabdeh zəng vurub göndərdiyi pulu nə üçün qaytarmadığını soruşduqda, sonuncu pulu sabah göndərəcəyini bildirmiş, lakin göndərməmişdir. Növbəti dəfələrdə zəng vurduqda cavabdeh pulu 2 günə kimi göndərəcəyini, daha sonra 5 günə kimi göndərəcəyini, bir dəfə isə bir nəfərdə alacağı olduğunu, 10 günə kimi pulu həmin şəxsədən alıb ona göndərəcəyini vəd etsə də, göndərməmişdir. Son 3 ayda isə Cavabdeh hətta onun telefon zənglərinə də cavab vermir, o, onu tapa bilmir, aldığı məlumata görə cavabdeh Bakı şəhərində hardasa zərgər işləyir. Beləliklə də tam əmin olmuşdur ki, Cavabdeh ondan borc olaraq aldığı 700 manatı qaytarmaq istəmir və borcu qaytarmaqdan qəsdən yayınır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 700 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək iddiasını müdasfiə etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 23 aprel 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bərdə rayonu, Güloğlular kənd ərazisində yeləşən terminaldan e-Manat ödəniş terminalı vasitəsi ilə **********04774 nömrəl “AccessBank” debit kart hesabına 700 manat pul göndərilmişdir. Qəbzin üzərində pulun göndərildiyi şəxsin kart hesabının nömrəsi ilə bərabər hesab nömrəsinin sahibinin FİN nömrəsi (xxxxxxx) qeyd edilmişdir. Elektron İnformasiya bazasında şəxsi məlumatlar haqqında arayışdan görünür ki, “xxxxxxx” fərdi identfikasiya nömrəsi Cavabdeh məxsusdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlərin hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti 700 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 700 manat məbləğində borcun qaytarılması hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. 30 manat dövlət rüsumu cavabdehə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-1020/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1020/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver