Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1032/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 13 may 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində anadan olmuş və yaşamış X1 və xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində anadan olmuş və yaşamış X2 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında o, ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Xarici İşlər Nazirliyindən ona bildirmişlər ki, ərizədə adları göstərilən şəxslərin ölkələr arası axtarışa verilməsi üçün onların məhkəmə qərarı ilə itkin düşmüş elan edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə verərək tələb ilə bağlı fikir və mülahizələrində dəyişiklik olmadığını və iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib hesdab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi həmin faktın müəyyən edilməsi barədə qərarın Xarici İşlər Nazirliyinə təqdim edilməsi üçün lazım olduğunu bildirsə də, bu barədə Xarici İşlər Nazirliyinin müvafiq cavabını məhkəməyə təqdim etməməklkə müvafiq nöqsanı aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçiyə MPM-nin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra onun aidiyyat qaydalarına riayət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Ərizəçi tərəfindən ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(049)-1032/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1032/2024
13.05.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver