Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1033/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarını artırıb, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 manat aliment məbləğinin artırılmaqla, 2024-cü il üçün yaşayış minimumu haqqında qanununa uyğun olaraq uşağın saxlanılması üçün hər bir uşağa görə 235 manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar olaraq ödədiyi 60 manat mediasiya xərcinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü övladları X5 dünyaya gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-8178/2017 saylı qətnaməsi ilə X2 üçün bir uşağa görə 130 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilnməsi qət edilmişdir. Hazırda, məhkəmə qətnaməsinin qəbul olunmasından 7 ildən artıq vaxt keçmiş və həmin müddət ərzində uşaqların həyatı vacib tələbatları olan ərzaq və geyim əşyalarının qiymətlərində iki dəfədən artıq bahalaşma baş vermişdir. Eyni zamanda, Respublikada 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyi halda o, uşağın saxlanılması üçün 130 manat aliment alır. Cavabdeh Macarıstan Respublikasında yaşayır və mütəmadi olaraq qardaşlarına, atasına və anasına hər ay pul göndərir. Özünün isə əmək haqında heç bir dəyişiklik olmamış və hazırda 440 manat məvacib alır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, cavabdehin həmin alimenti ödəmək iqdidarında olmasını, lakin bu barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X4 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür xx.xx.2016-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 235 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Uşağın saxlanılması üçün 100 manat aliment qət edildiyi 2017-ci ildən hazıradək uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 58% qalxmışdır. Məhkəmə məhz bu halları nəzərə alaraq hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 205 manat sabit pul miqdarında aliment və mediasiya prosesinin həyata keçirilməsi üçün ödənilən 60 manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X9» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 205 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2460 manat təşkil eləyir (205 manat x 12 aya = 2460). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2460- 1000=1460) 1460 manat məbləğin 1%-i olan 14.60 manat, cəmi (30+14.60=44.60) 44.60 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 205 manat sabit pul miqdarında aliment və mediasiya prosesinin həyata keçirilməsi üçün ödənilən 60 manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün cavabdehdən hər ay uşaq üçün 205 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 44.60 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(049)-1033/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1033/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver