Məhkəmə qərarları › İş №2(049)-106/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-106/2023

06.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-106/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi (bundan sonra mətndə "xxxx" İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, "xxxx" İstehsalat Birliyinə məxsus Lənkəran X6 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən 57-mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 20,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq "xxxx" X2 X6 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən 57mm diametrili, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=7 pm hissəsinin üstünün və mühafizə zonasının Cavabdeh tərəfindən beton və metlaxla örtülməsi müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin üstünü örtməsi və mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə gətirilməlidir. "xxxx" X2 X6 İdarəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: "xxxx" İstehsalat Birliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdalıq məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən 57-mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasının beton və metlaxla örtülməsi, qaz kəmərinin müəyyən hissəsinin beton və metlaxın altında qalması müəyyən edilmişdir. İnşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qaz kəmərinə vaxtında texniki xidmət göstərilməsinə və yarana biləcək qəza hallarının aradan qaldırılmasına çətinlik yaranmasına səbəb ola bilər. Qaz kəmərinin mühafizə zonasında və üzərində tikilinin inşa olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud surətdə pozulması deməkdir. İnşa edilən tikilinin mülkiyyət hüququnu təsdiq edən sənədləri və tikinti pasportunun surətini Lənkəran X6 İdarəsinin Hüquq şöbəsinə 5 iş günü müddətində təqdim olunması xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən orta təzyiqli, yerüstü D 57 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı həmin kəmərin L=7 pm hissəsinin üstünün qanunsuz olaraq beton və metlaxla örtüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7865 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən 57-mm diametrli, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=7 pm hissəsinin üstünün səkiyə döşənmiş daşlar ilə örtüldüyü müəyyən edilmişdir. Lakin həmin hissədə qaz xəttinin kim tərəfindən yeraltı çəkilməsini və həmin hissədə qaz xəttinin üstünün kim tərəfindən örtülməsini müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Hökumət ödəniş portalından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu və xidmət haqqına görə 0,40 manat pul hökumət ödəniş portalı vasitəsi ilə ödənilmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanları, iddiaçının nümayəndəsinin izahatını, habelə iş materiallarında olan sənədləri araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" təsdiq edilməsi haqqında Qaydaları təşkil edir. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın: 1.2. Bu Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərlərini, habelə mayeləşdirilmiş qazdoldurma məntəqələrini, təbii qazdan neftlə birlikdə çıxarılan, mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilməsini layihələndirən, tikən, quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir. 1.4. Şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 2 nömrəli Əlavəyə uyğun olaraq "Yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (planda). Yeraltı qaz kəmərlərindən horizontal üzrə binalara və tikintilərə qədər olan məsafə (metr)" başlıqlı cədvəlin tələblərinə əsasən orta təzyiqli (0,05-dən 3-ə qədər) qaz kəmərindən binalar və tikintilərin özülünə, yolüstü körpülərə və tunellərə qədər məsafə 4 metr olmalıdır. Qeyd olunan hüquq normalarından müəyyən olunur ki, şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. Hazırki işin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən 57-mm diametrli, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=7 pm hissəsinin üstünün səkiyə döşənmiş daşlar ilə örtülmüşdür. İddiaçı qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsini tələb edir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə).” Məhkəmə həmçinin qeyd edir ki, hal-hazırkı mübahisədə 57-mm diametrli, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=7 pm hissəsinin üstünün səkiyə döşənmiş daşlar ilə örtülməsi, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, qaz xətti üzərindəki süni maneələri, onun üzərində örtülmüş metlaxların sökülərək qaz xətti üzərində yaranan maneənin aradan qaldırılmasını tələb edir ki, gələcəkdə baş verə biləcək hər hansı bir hadisə zamanı təcili müdaxilə etmək mümkün olsun. Qeyd olunanlara məhkəmə məcmu halda qiymət verərək hesab edir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələbləri baxımından, qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş daşlar sökülərək qaz kəməri açıq görünən vəziyyətə gətirilməklə əvvəlki vəziyyət bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ödənilmiş dövlət rüsümu 20,40 (iyirmi manat qırx qəpik) manat alınaraq iddiaçı "xxxx" İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar