Məhkəmə qərarları › İş №2(049)-108/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-108/2025

05.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-108/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Lənkəran rayonunun Lüvəsər kəndində yerləşən Lənkəran rayon Lüvəsər Bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı və torpaq sahəsinin alqı-satqısna dair akt ilə ona satılmış 900 kv.m torpaq sahəsinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən manelərin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Lənkəran rayon Lüvəsər Bələdiyyəsinə 07 sentyabr 2006-cı il tarixdə Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində həyətyanı torpaq sahəsinin ona ayrılmasını xahiş etmişdir. 26 oktyabr 2006-cı il tarixdə həmin bələdiyyənin 16 saylı qərarına əsasən Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 900 kv.m həyətyanı torpaq sahəsinin ona satılması qərara alınmışdır. Həmin qərar üzrə bələdiyyə ilə aralarında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilətək torpaq sahəsi 162 (bir yüz altmış iki) manata ona satılmışdır. Həmin torpaq sahəsinin dəyəri olan 162 manat pulu bələdiyyənin hesabına köçürmüş və ona bu barədi 016516 saylı kassa mədaxil orderi verilmişdir. Həmin alqı-satqı aktı Lənkəran rayon torpaq və xəritəçəkmə şöbəsində 27 oktyabr 2006-cı il tarixdə 1194 nömrə ilə qeydiyyata alınmışdır, həmin torpaq sahəsini tam mülkiyyətinə almaqla mülkiyyət barədə hüququ müəyyənedici sənədin verilməsindən ötrü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə nümayəndə vasitəsilə müraciət etmiş və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı olaraq Hüquqların Dövlət Reyestrindən çıxarışın verilməsi məqsədi ilə həmin torpaq sahəsinə baxış keçirilməsi və həmin əmlakın yerində müayinəsinin aparılmaqla ölçmə işləri aparıb, bundan sonra əmlaka dair sənədin təqdim edilməsinin mümkün olacağı bildirilmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin kadastr məlumatlarının yoxlanılması və ölçmə işlərinin aparılması üçün həmin əmlakın olduğu yerə gəlsələr də, orada yaşayan iş üzrə Cavabdeh ölçmə işlərinin aparılmasına maneə yaratdığından həmin əmlakın ölçülməsi işləri aparıla bilməmiş və buna görə də onun əmlakına Çıxarışın verilməsi mümkün olmamışdır. Belə olan halda da o, qanunvericiliyin tələbinə uyğun oluraq aldığı torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləl reyestrindən çıxarışı ala bilməyib. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq məhkəməyə iddia tələbinin həcminin azadılması barədə ərizə verərək, Lənkəran rayon Lüvəsər kəndində yerləşən Lənkəran rayon Lüvəsər Bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı və torpaq sahəsinin alqı-satqısına dair akt ilə ona satılmış 900 kv.m torpaq sahəsinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Pubiik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd olunmasını xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış: Lənkəran rayon Lüvəsər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 № li qərarının surətindən görünür ki, Sumqayıt şəhər sakini İddiaçı Lüvəsər bələdiyyəsinin mülkiyyətindən yaşayış evi tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. Lənkəran rayonu Kərgəlan Bələdiyyəsi sədrinin DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin rəisi İmran Əzizova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Lüvəsər kəndində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.09 ha torpaq sahəsi Lüvəsər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 № li qərarı ilə ayrılmış, həmin qərar hal-hazırda qüevvədədir və ayrılmış torpaq sahəsi ilə bağlı hər-hansı mübahisə yoxdur. Odur ki, sözügedən 0.09 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüquqularının dövlət qeydiyatının aparılması qanuna müvafiqdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, reyestr nömrəsi **********03 №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Lüvəsər kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin İddiaçı nümayəndəsi Vüqar Səmədova ünvanladığı xx.xx.2024-cü il tarixli cavabından görünür ki, onlara ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, Lənkəran rayonu Lüvəsər kəndi ərazisində yerləşən, Lüvəsər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı əsasında etibarlı nümayəndəsi olduğu İddiaçı ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlaka dair Ərazi İdarəsinə təqdim etdiyi sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çöl-ölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin daşınmaz əmlaka baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə olması səbəbindən müayinənin aparılması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə 46382 nömrəli qəbzdən görünür ki, iddiaçı “e-manat” terminalı vasitəsilə iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki,...daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Lənkəran rayon Lüvəsər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 № li qərarı ilə Lüvəsər bələdiyyəsinin mülkiyyətindən yaşayış evi tikmək üçün 900 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış almaq məqsədilə DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmiş, cavabdeh iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsində DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmalarına maneə yaratdığından, DƏDK və RPHŞ-in 10 saylı Əİ-i mübahisənin olduğunu göstərərək daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna görə də iddiaçı pozulmuş hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikas Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 15 oktyabr 2012ci il tarixli, 2012-ci il tarixdə, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2012-ci il tarixdə **********0006 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestriə daxil edilmiş “ Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci madəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatların dövlət reyestrinə daxil edilməsi və ( və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydadada çıxarış verilir. Qanunvericiliyin qeyd edilən müddəasından göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan istifadə edərək Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0.09 ha torpaq sahəsini sənədləşdirmək üçün DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmişdir. Lakin, cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin sənədləşdirilməsini aparan şəxslərə iddiaçının torpaq sahəsində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehə izah olunmalıdır ki, həmin şəxslərin iddiaçıya satılməş torpaq sahəsində ölçmə işlərinin aparılmamasına mane olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2 ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Lənkəran rayonunun Lüvəsər kəndində yerləşən və Lənkəran rayon Lüvəsər Bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə ona ayrılmış 900 kv.m torpaq sahəsinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneə aradan qaldırılsın və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar