Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-109/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, iddiaçının vəkili: Lənkəran Rayon Vəkil Bürsounda fəaliyyət göstərən Vəkil1, cavabdeh: Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürsounda fəaliyyət göstərən Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ona məxsus olan X4 **-VA-*** dövlət qeydiyyat nişanlı avtomibilə vurduğu ziyana görə 12670 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu Bürcəli kəndində anadan olmuş və həmin ünvanda yaşayır. 2005-ci ildən sürücülük təcrübəsi olmaqla «ABC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Özünə məxsus X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 16 may 2021-ci il tarixdə idarə etdiyi həmin avtomobillə saat 15 radələrində avtomobilin yük yerinə gül dibçəkləri yükləyib kənddən çıxaraq Bakı şəhərinə yola düşmüşdür. Yanacaq pulunu çıxarmaq üçün Lənkəran şəhəri, «Ləvəngi» dairəsi deyilən ərazidən 2 nəfər sərnişin də götürmüş, sərnişinləri götürdükdən sonra yavaş-yavaş əsas yola çıxmağa başlamışdır. Adətən orada nəqliyyatlar intensiv hərəkət etdiyindən yolun hərəkət hissəsinin kənarına 1-2 metr qalmış avtomobili tam olaraq dayandırmış ki, yol tam boşaldıqdan sonra çıxıb Girdəni kəndi istiqamsətində hərəkətə başlasın. Həmin vaxt sol tərəfdən təkər sürüşməsi səsi eşidib sola baxdıqda sol tərəfdə yerləşən dairənin sol tərəfindən ona tərəf yolun kənarı ilə bir ağ rəngli VAZ 2107 markalı avtomobilin yüksək sürətlə gəldiyini və həmin avtomobilin onun avtomobilimlə toqquşacağını görmüş. Dərhal özünü qorumaq üçün özünü sağ tərəfdə ön sərnişin yerinə atıb və ani olaraq hadisə baş vermişdir. Zərbənin təsirindən onun avtomobili sağa və eyni zamanda irəli, yolun içərisinə doğru düşmüşdür. Həmin hadisə zamanı o və avtomobilimdə olan 2 sərnişin xəsərət almışdır. Sonradan məlum olmuşdur ki, həmin VAZ 2107 markalı avtomobil onun maşınına dəyənə kimi yolun solunda, ehtiyat hissədə dayanmış taksi fəaliyyəti ilə məşğul olan X3 adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və idarə etməni itirərək təqribən saatda 100- 120 km sürətlə dairəyə girdiyi üçün gəlib onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisədən dərhal sonra DYP-nin əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinin müayinəsi aparılmış, protokol və sxem tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Daha sonra sürücülərin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluğun olubolmamasını müəyyən etmək üçün məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və 09 iyul 2021-ci il tarixli 8/1363 nömrəli ekspertin rəyi ilə müəyyən edilmişdir ki, VAZ 2107 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh yaşayış məntəqəsinə avtomobili saatda 100-120 km sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisədən sonra Cavabdeh törətdiyi avtoqəza nəticəsində onun avtomobilinə dəymiş ziyanın məbləği mütəxəsis tərəfindən müəyyən edilmişdir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin 25 may 2021-ci il tarixli mütəxəsis rəyindən göründüyü kimi həmin hadisə nəticəsində iddiaçıya məxsus X4 **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilimə ümumilikdə 10.070 manat ziyan hesablanılmış və avtomobilin təmirinə çəkiləcək xərclərlə birlikdə cəmi 12670 manat ziyan dəymişdir. Cavabdeh törədiyi avtoqəza nəticəsində onun avtomobilinə dəymiş 12670 manat ziyanı ödəmək istəmir . Hazırkı iddia ilə məhkəməyə müraciyyət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, avto nəqliyyat hadisəsi iddia ərzində göstərdiyi kimi baş vermişdir. Sığorta şirkətindən ona 4650 manat ödənilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli rəyində göstərilmiş 11030 manatla razıdır. Buna görə də hazırda onun tələb etdiyi pul məbləği , ekspert rəyində göstərilmiş məblığdən ona sığorta ödönişi edilmiş məbləği çıxıldıqdan sonra qalan 6380 manatdır. Göstərilənlərə əsasən cavabdehən 6380 manat tələb etdiyini bildirib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaaına iştirak edən iddiaçının vəkili Vəkil1 da iddiaçının göstərdiklərini təsdiq edərək cavabdehdən vurulmuş ziyana görə ödənilməmiş qalan 6380 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiu. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildidi ki, cavabdeh iddianı qismən qəbul edir, lakin mütəxəssis rəyi və ekspert rəyində olan məbləği qəti qəbul etmir. Cavabdehin iddiaçıya vurulmuş ziyana görə ödənişi sığorta tərəfindən ödənilmiş, qalan ziyan isə cuzi məbləğ olmuşdur. Məhkəməəmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli rəyi mütəxəssis rəyinə əsasən rətib edilmişdir ki, həmin mütəxəssis rəyi də tamamilə şişrdilmiş rəqəmlər əsasında qəbul edilmişdir. Hadisə zamanı sığorta tərəfindən avtomobilə dəymiş ziyan 6000 manat müəyyən edilmişdir ki, həmin məbləğin də 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən, avtomobilə vurulmuş ziyanın 6000 manat kimi qəbul edilərək həmin məbləğdən 5000 manatının ödənilməsini nəzərə alıb iddianı yalnız 1000 manat hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin müstəntiqi Elgün Məmmədovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, aş vermiş avtoqəza ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, İddiaçı sahibi olduğu X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 12670 manat maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 16 may 2021-ci il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş sxemdən görünür ki, avtonəqliyyat hadisəsi Lənkəran rayonu ərazisində Girdəni kəndi istiqamətində baş vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş 09 iyul 2021-ci il tarixli 8/1363 nömrəli ekspertin rəyindən görünür ki, VAZ 2107 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh yaşayış məntəqəsinə avtomobili saatda 100-120 km sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünur ki, Sprinter markalı ** VA *** dövlət nömrəli qeydiyyat nişanlı avtomaşına 12670 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş Bank Respublika ASC-nin 008565 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 4754.50 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş xx.xx.2021-ci il tarixli Hesablama Aktından görünür ki, X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6000 manat tələb olunur. İş materiallarında olan və məhkəmədə araşdırılaraq elan edilmiş 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür kli, X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11030 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmədə müəyyən olunan hallarından, təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaka ziyan dəymişdir. Həmin halın baş verməsi, yəni cavabdehin avtonəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avotmobili vurması və bunun nəticəsində iddiaçıya maddi ziyan dəyməsi hər iki tərəf tərəfindən təsdiq edilir. Məhkəmə, iş üzrə X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri üçün lazım olan məbləğin müəyyən edilməsi zamanı hazırda təqdim edilmiş ekspert rəyi və hesablama aktını bir birilə qarşılıqlı surətdə müqayisə edərək belə qənatə gəlir ki, 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi digərinə münasibətdə daha mötəbər və obyektiv olduğundan sübut növü kimi qəbul edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə ekspert rəyi sübutların bir növüdür. Digər tərəfdən məhkəmə xüsusi vurğulamağı vacib hesab edir ki, ekspert rəyi hazırkı iş üzrə tərəf olmayan, işin nəticəsində marağı olmayan və işin nəticəsində hər hansı maddi məbləğ itirməyən tərəfdir. Bundan fərqli olaraq isə sığorta şirkəti - hansı ki, cavabdeh tərəf məhz həmin sığorta şirkətinin tərtib etdiyi hesablama aktının əsas götürülməsini tələb edir- işin nəticəsində maddi məbləğ itirən, daha dəqiq ifadə edilsə, sığorta ödənişi edən tərəfdir. Yəni, sığorta şirkətinin tərtib etdiyi hesablama aktı subyektiviliyi ilə seçilən aktdır ki, məhz bu baxımdan da məhkəmə həmin aktda göstərilən məbləğin obyektiv reallığı əks etdirməyini qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə, hazırkı iş üzrə X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri üçün lazım olan məbləğin 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərildiyi kimi 11030 manat kimi müəyyən edilməsini qanuni və əsaslı sayır. Bununla yanaşı, məhkəmə yuxarıda qeyd edilən ödəniş tapşırığına əsasən iddiaçıya 4754.50 manat ödəniş edilməsini və həmin məbləğin 17 oktyabr 2022-ci il tarixli, 9/6042 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən 11030 manatdan çıxılaraq yekun məbləğin müəyyən edilməsini və buna görə iddiaçıya X4 ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri üçün lazım olan məbləğin 6275.50 manat kimi qətiləşdirilməsini məqsədəmüvafiq hesab edir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan X4 **-VA-*** dövlət qeydiyyat nişanlı avtomibilə vurduğu ziyana görə Cavabdeh 6275.50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-109/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-109/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver