Məhkəmə qərarları › İş №2(049)-11/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-11/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-11/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 12819.12 ABŞ dolları məbləğində kredit borcu, 2891.94 ABŞ dolları məbləğində faiz borcu və 4288.02 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19999.08 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətində olan Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 19999.08 məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətində olan Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin mənzildən çıxarılmalarına, həmin mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 08L000001695 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altımış) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 1695 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 162 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 08R000014886 saylı kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000(iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 ilə İddiaçı QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7180,88 ABŞ dolları ödəmiş, onun 12819,12 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kradit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 329 gün üçün hesablanmış faiz borcu 2891,94 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 329 gün üçün hesablanmış cərimə 4288,02 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər- ipoteka verənlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 bank ilə bağladıqları xx.xx.2013-cü il tarixli 08M000001101 saylı ipoteka müqaviləsi əsasında Lənkəran rayonu Yuxarı Nüvədi kəndində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 məxsus olan 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 Ərazi İdarəsi tərəfindən verilmiş 37 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən ipoteka predmetinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütünöhdəliklərini icra etməlidirlər. Sonradan İddiaçı QSC iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 12819.12 ABŞ dolları məbləğində kredit borcu, 2891.94 ABŞ dolları məbləğində faiz borcu və 4288.02 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19999.08 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh8, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətində olan Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 19999.08 məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətində olan Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin mənzildən çıxarılmalarına, həmin mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh8, Cavabdeh3n, Cavabdeh4n və Cavabdeh5n məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarından olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 08L000001695 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən borcalan Cavabdeh1 60 ay müddətində 20.000 ABŞ Dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1695 saylı saylı saziş əsasında kredit xətti müqaviləsinin müddəti 162 ay müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 08R000014886 saylı kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000(iyirmi min) ABŞ Dolları məbləğində kreditin verilməsi müəyyən olunmuşdur. Kassa mədaxil Orderindən görünür ki, xx.xx.2013-cü il tarixdə 20.000 ABŞ dolları məbləğində pul Cavabdeh1 verilmişdir. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2013-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh8 Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 tərəfindən öhdəliyin icrası üçün Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 08M000001101 saylı ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli 08L000001695 saylı kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh1 bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter Bdə olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 14121 manat müəyyən edilmişdir. Maliyyə Arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 08R000014886 saylı kredit razılaşması üzrə 12819,12 ABŞ dolları məbləğində kredit borcu, 2891,94 ABŞ dolları məbləğində faiz borcu və 4288,02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19999,08 ABŞ dolları məbləğində borcu vardır. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Arayış və ərizələrdən görünür ki, Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ipoteka predmetinə tutuma yönəldikdə və o satıldıqda Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evini tərk ödəcəklərinə dair öhdəlik götürmüşlər. Ölüm haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh1 01 iyul 2015-ci il tarixdə ölmüşdür. Ölüm haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh2 18 mart 2019-cu il tarixdə ölmüşdür. Lənkəran ŞİHB-nin Səpnəkəran kənd inzibati kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışıdan görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşamış mərhum X1 və Cavabdeh2 vərəsələri aşağıdakılardır: Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4. Lənkəran 1 saylı notariat ofisinin məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 vərəsəsinin müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 08L000001695 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altımış) ay müddətinə 20.000(iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1695 saylı saylı saziş əsasında kredit xətti müqaviləsinin müddəti 162 ay müəyyən edilmişdir.İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 08R000014886 saylı kredit razılaşması əsasında 42 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000(iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 08M000001101 saylı ipoteka müqaviləsi əsasında Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 14121 manat müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağh onun bütün öhdəliklərini icra etməlidirlər. İpoteka qoyanlardan Cavabdeh1 01 iyul 2015-ci il tarixdə, Cavabdeh2 isə 18 mart 2019-cu il tarixdə ölmüşdür. Onların vərəsələri Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4dur. Notariat ofisində Cavabdeh1 və Cavabdeh2 vərəsəsinin müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Cavabdeh1 onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 Bank qarşısında olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər və onlar, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, dəbbə pulunun məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə məhkəmə iddianın İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 08R000014886 saylı kredit razılaşması üzrə 4288,02 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə kredit razılaşması üzrə dəbbə pulunun cavabdehlərdən 100 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın «kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi qismən əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddi aicraatı qaydasında baxılmalıdır. Məhkəmə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti tərəflər arasında olan xx.xx.2013-cü il tarixli 08M000001101 saylı ipoteka müqaviləsində qarşılıqlı razılıq əsasında 14121 manat müəyyən edilmişdir. Hazırki məhkəmə icraatı dövründə həmin qiymət mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müqavilədə qeyd olunan məbləğə uyğun müəyyən edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 008R000014886 saylı kredit razılaşması üzrə 12819,12 ABŞ dolları məbləğində kredit borcu, 2891,94 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15811,06 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 21 manat cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 məxsus Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evi yönəldilməli və həmin ev açıq hərracdan satışa çıxarılmalı, əmlakın ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edilməli, həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 008R000014886 saylı kredit razılaşması üzrə 12819,12 ABŞ dolları məbləğində kredit borcu, 2891,94 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15811,06 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 21 manat cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh8, Cavabdeh3 və Cavabdeh4 məxsus Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70.6 m2 yaşayış, 42.6 m2 yardımçı, 113.2 m2 ümumi sahədən (Liter B-də olan 1 mərtəbəli, 38.2 m2 tikintialtı sahədən ibarət olan sanotar qovşağı, Liter D-də olan 1 mərtəbəli, 46.6 m2 tikintialtı sahədən ibarət olan tövlə, Liter 1-də olan 3.8 m2 tikintialtı sahədən ibarət olan hasar daxil olmaqla) ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin mənzil açıq hərracdan satışa çıxarılsın və ipoteka predmetinin ilkin satış qiyməti 14121 manat məbləğində müəyyən edilsin. Həmin əmlak hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar