Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-110/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 20.000 manat pul, hüquqi yardıma görə 320 manat və 151 manat 40 qəpik dövlət rüsumu olmaqla, cəmi 20.471 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Lənkəran rayonu, Mollakənd kənd sakini kimi tanımış və onunla yaxşı münasibəti olmuşdur. Hətta müəyyən vaxtlarda ondan borc pul almış, aldığı borc pulu söz verdiyi vaxtda qaytarmışdır. Bu səbəbdən cavabdeh onun yanında etibar qazanmışdır. Belə ki, cavabdeh maddi problemləri ilə bağlı olaraq 2021-ci ilin aprel ayında ondan 20000 manat borc pul istəmiş, o da cavabdehi tanıdığına və etibar etdiyinə görə 20000 manat borc pul vermişdir. Cavabdehə pulu verən vaxt, yəni 14 aprel 2021-ci il tarixdə həmin borcu öz aralarında yazılı qaydada rəsmiləşdirmişlər. Bundan əlavə cavabdehin razılığı ilə 20.000 min manat pulun ona borc verilməsi ilə əlaqədar videoçəkiliş etmişlər. Cavabdeh ondan aldığı 20.000 manat borc görə verdiyi yazılı qəbzdə göstərmişdir ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Lənkəran rayonun Əşlə kəndində anadan olmuş, evliyədir. Ali təhsillidi, xx.xx.2021-ci il tarixdə maddi vəziyyəti ilə əlaqədar olaraq təcili pula etiyacı olduğu üçün tanışə Lənkəran şəhər sakini İddiaçı üç ay müddətinə qaytarmaq şərti ilə xahiş edib, 20.000 min manat (iyirmi min manat) borc pul istəmişdir. O da aralarında çoxdan dostluq və tanışlıq əlaqəsi olduğu və onun yanında etibarı olduğu üçün ona qarşı humanist addım ataraq 20.000 manat pulu 3 ay müddətinə qaytarmaq şərti ilə borc vermişdir. Bu etdiyi yaxşılığa görə ona öz təşəkkürünü bildirmiş və tam məsliyyətlə ciddi olaraq söz verir ki, aldığı 20.000 min manat borcu 3 ay tamamında qaytaracayaq. Bütün burada yazılanları şəxsən özüm yazmışdır. Yazdığı zaman ona heç bir kənar müdaxilə, heç bir təzyiq olunmayıb. Yazdıqları öz iradəsi ilə yazılmışdır. Yazdıqlarının doğruluğunu və düzgünlüyünü öz şəxsi imzası ilə təsdiq edərək əlavə olaraq göstərmişdir ki, aldığı 20.000 manat borc müqabilində özünə məxsus olan Əşlə kəndində yerləşən kafe-çayxana sənədlərini İddiaçı yanında könüllü olaraq qoymuşdur. Söz vermişdir ki, aldığı 20.000 min borcu 3 aydan sonra qaytardıqdan sonra sənədləri İddiaçı geri alacaq. Cavabdeh 20.000 manat ona borcu olduğunu yazılı qəbzdə etiraf etmiş və həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, o, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qismən qəbul edir. Belə ki, o, İddiaçı cəmi 3000 manat məbləğində faizə pul almışdır. İddiaçı onu tanımamış və nə də o, iddiaçıdan əvvəllər borc pul almamışdır. Ona təcili 3000 manat məbləğində pul lazım olduğu üçün öyrənmişdir ki, İddiaçı faizə pul verir, o da iddiaçıdan təcili 3000 manat məbləğində faizə pul almışdır. Əgər iddiaçı onu tanısaydı ona 3000 manat məbləğində pul verərkən ondan ərizə almaz və onu videoya çəkməzdi. Eyni zamanda ondan anasına məxsus olan kafe-çayxananın sənədlərini girov götürməzdi. Yuxarıda qeyd etdiyi kimi ona təcili 3000 manat məbləğində pul lazım olduğu üçün iddaçı İddiaçı bütün şərtlərini qəbul etmişdir ki, təki o, 3000 manat məbləğində pul versin. İddiaçı da 3000 manat pulu ona verəndə demişdir ki, əgər həmin 3000 manat pulu faizlə bir yerdə qaytarmasa, onda 3 aydan sonra 20000 manat məbləğində ona pul qaytarmalıdır. İddiaçı eyni zamanda bundan kifayətlənməyərək atası X4 məxsus Lənkəran rayonu, Əşlə kəndində yerləşən 0.22 ha torpaq sahəsini və onun üzərində olan 83.9 kv.m olan fərdi yaşayış evini də onlardan dəyər-dəyməzə alqı-satqı edərək əlindən almışdır. Onlar da məcburiyyət qarşısında qalaraq həmin 0.22 ha torpaq sahəsini 3400 manat dəyərində və həmin torpaq sahəsində yerləşən 83.9 kv.m olan fərdi yaşayış evini 2000 manat dəyərində qiymətləndirib, onun oğlu olan X3 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsinə də imzanı atasının əvəzində etibarnamə ilə o və X6 özü imza etmişdir. Lənkəran rayonu, Əşlə kəndi ərazisində 0.01 ha torpaq sahəsinin dəyəri 1700-2000 manat, onların iddiaçı X1 fərdi yaşayış evinin dəyəri isə 20000 manatdır. O, qeyd etdiyi kimi məcburiyyət qarşısında qalaraq pula ehtiyacı olduğu üçün bu addımı atmışdır. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun çıxış edərək, iddia tələbi qismən qəbul etdiyini, cavabdehin Cavabdeh iddiaçıdan həqiqətdə 3000 manat pul aldığını bildirərək, iddia tələbinin qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqdan görünür ki, 151,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsindən ötrü Lənkəran Rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində vəsait köçürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən əlyazma şəklində tərtib edilmiş xx.xx.2021-ci il tarixli yazılı borc sənədindən görünür ki, “Mən Cavabdeh xx.xx.1987-ci il tarixdə Lənkəran rayonun Əşlə kəndində anadan olmuşam. Evliyəm, ali təhsilliyəm. xx.xx.2021-ci il tarixdə maddi vəziyyətimlə əlaqədar olaraq təcili pula etiyacım olduğu uçun tanışım Lənkəran şəhər sakini X2 üç ay müddətinə qaytarmaq şərti ilə xahiş edib, 20.000 min manat (iyirmi min manat) borc pul istədim. O da mənimlə çoxdan dostluq və tanışlıq əlaqəsi olduğu üçün və mənim onun yanında etibarım olduğu üçün mənə qarşı humanist addım ataraq 20.000 manat pulu 3 ay müddətinə qaytarmaq şərti ilə borc verdi. Bu etdiyi yaxşılığa görə mən ona öz təşəkkürümü bildirdim və tam məsliyyətnən ciddi olaraq söz verirəm ki, aldığım 20.000 min manat borcu 3 ay tamamında qaytaracayam. Bütün burada yazılanları şəxsən özüm yazmışam. Yazdığım zaman mənə heç bır kənar müdaxilə, heç bir təzyiq olunmayıb, yazdıqlarım öz iradəmlə yazılmışdır. Yazdıqlarımın doğruluğunu və düzgünlüyünü öz şəxsi imzamla təqsid edirəm. Cavabdeh aldığım 20.000 manat borcun müqabilində özümə məxsus olan Əşlə kəndində yerləşən kafe-çayxana sənədlərini İddiaçı yanında könüllü olaraq qoymuşam. Söz vermişəm ki, aldığım 20.000 min borcu 3 aydan sonra qaytardıqdan sonra sənədləri İddiaçı geri alacağam”. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında yazılı razılaşmaya əsasən, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 3 ay ərzində qaytarmaq şərti ilə 20.000 manat məbləğində borc pul almış, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməyərək aldığı pulu iddiaçıya qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət edərək həmin məbləğindən cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə Cavabdeh isə məhkəməyə ünvanladığı etirazında iddianı qismən qəbul etdiyini, yəni tərəfindən yazılmış borc sənədində iddiaçıdan 20.000 manat məbləğində borc aldığını qeyd etdiyi halda, həqiqətdə iddiaçıdan faizi qaytarmaq şərti ilə 3000 manat məbləğində borc pul aldığını, onun həmin vaxt pula təcili ehtiyacı olduğu üçün iddiaçının ona 3000 manat pulu verməsinə razı salmaqdan ötrü 3 aya qaytarmaq şərti ilə 20.000 borc pulu ondan aldığını qeyd etdiyini bildirmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallarla əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız etirazında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 151.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 20.000 manat məbləğində pul, hüquqi yardıma görə 150 manat və ödənilmiş dövlət rüsumu məbləği olan 151.40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.000 manat məbləğində pul, hüquqi yardıma görə 150 manat və ödənilmiş dövlət rüsumu məbləği olan 151.40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-110/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-110/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver