Məhkəmə qərarları › İş №2(049)-1102/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1102/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1102/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 660 (altı yüz altmış) manat borc pulun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 690 (altı yüz doxsan) manat pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı X2 AR MPM-nin 53-cü maddəsinə müvafiq qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 660 (altı yüz altmış) manat borc pulun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 690 (altı yüz doxsan) manat pulun Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayon Şıxəkəran kəndindən olub, Mamusta kəndində yaşayır, evi Şıxəkəran kəndi ilə həmsərhəd yerdədir. Bütün qohum əqrəbası da Şıxəkəran kəndində yaşayır və doğma kəndiylə əlaqəsi heç vaxt kəsilməmişdir. Mamusta kəndində yaşamasına baxmayaraq Cavabdeh2la qonşuluqda yaşayır. O, da, həyat yoldaşı da Cavabdeh2 ailəsi ilə yaxşı münasibətdə olub yaxın qohumdurlar. Şəhərdə yaşayan və ailəvi dostarı ər-arvad bir yerdə şəxsi qızıl dükanında işləyirlər. Yaxın qohumlarının xahişinə əsasən xeyir işlərində qızıl-ziynət əşyalarını onlarla birgə həmişə həmin dükandan alırlar. Yaxın qohum və qonşuları Cavabdeh2 günlərlə evlərinə qedib-gəlib xahiş etmişdir ki, dostunun dükanında zamin qalım ki, ona da nisyə həyat yoldaşı üçün bir ədəd qızıl boyunbağı sep alsın. 2017-ci ildə yenə onun evinə gəlib ondan xahiş etsə də razı olmamışdır. İddaçının həyat yoldaşı Şahid2 xahiş etmişdir ki, dostumuza məxsus dükandan nisyə qızıl boyunbağı sepinin almasını xahiş edək və həyat yoldaşı da iddiaçıya dayısı nəvəsi Nəvai üçün boyunbağı sepini götürməyi onun yanında (yəni Cavabdeh2) ona tapşırmışdır. Ertəsi gün, 2017-ci ilin iyun ayında o, Nəvai ilə birlikdə şəhərə getmiş və qiyməti 720 manat olan 585 əyarlı (qədim rus qızılı) 11 qram 8 milli çəkisi olan bir ədəd qızıl boyunbağı sepi alıb Cavabdeh2 vermişdir. Həmin boyunbağı sepi vaxtında qədim rus qızılından kustar üsulla çox incə formada düzəldilmişdir. Bir müddətdən sonra, hələ heç bir ödəmə aparmadan məlum oldu ki, Nəvai həmin qızıl sepi satmışdır. Mütəmadi pul üçün evlərinə getmişdir. Verəcəyi deyib bu günə qədər onu və həyat yoldaşını aldatmaqda davam edir. Nəvai və anası Xalidə tərəfindən ildə 10-20 və 30 manat verməklə bu illər ərzində 2 dəfəyə 40 manat anası isə 2 dəfəyə 50 manat ona pul vermişdir. Yəni cəmi 90 manat pul vermişlər. Nəvainun anası Cavabdeh1 telefonla onun yoldaşına Şahid2la, sonra onunla şifahi əqd bağlayaraq bankdan kredit alıb, oğlunun borcunu verəcəyini öz üzərinə götürmüşdür. Cavabdeh bu günə qədər onu və həyat yoldaşını qızıl dükanında borclu saxlamışdır. 2022-ci ildən ümumiyyətlə ona pul verilməmişdir. Cavabdeh2 bir neçə iş adamları üçün işlər görür, gündə 60-80 manat arasında qazancı olur. Artıq Cavabdeh2 və anasından borcu istəməkdən utanırlar, onlara getməyə artıq xəcalət çəkirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh2 ona olan borcundan hazıradək 90 manat pulu ödəmişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı X3 onun həyat yoldaşıdır. Cavabdeh2 onların qohumlarıdır və münasibətləri çox yaxşı olmuşdur. Onların tanışlarının Lənkəran şəhərində qızıl mağazaları vardır. Yaxın qohumlarının və qonşularının xeyir işləri olanda onlar zamin dururlar ki, həmin adamlar həmin mağazadan qızıl-zinyət əşyaları alsınlar. 2017-ci ilin iyun ayında Cavabdeh2 ondan xahiş etmişdir ki, həyat yoldaşına desin ki, onun qızıl almasına görə ona zamin dayansın. O, da Nəvainin sözünü yerə salmamaq üçün həyat yoldaşı Peykərə demişdir ki, Cavabdeh2 üçün zamin dayansın. Bundan sonra həyat yoldaşı İddiaçı Nəvai üçün zamin dayanmışdır və qızıl mağazasından Cavabdeh2 qızıl boyunvağı amışdır. Qızıl boyunbağının qiyməti 720 manat təşkil etmişdir. Bundan sonra Cavabdeh2 həmin məbləğdən hazıradək 90 manat Peykr Qasımovaya ödəmişdir. Hazırda Nəvainin onlara 630 manat bocu qalmışdır. Dəfələrlə həmin pulu almaqdan ötrü Cavabdeh2 müraciət etmişlər, o, isə həmin pulu qaytarmaqdan müxtəlif bəanələrlə boyun qaçırır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı lazım olduqda onun maşını müştəri kimi ilə müxtəlif yerlərə gedir. İddiaçı bir neçə onunla birlikdə ona olan borcunu tələb etmək üçün Cavabdeh2 evinə getmişdir. Gedən söhbətlərdən ona məlum olmuşdur ki, İddiaçı Cavabdeh2 üçün qızıl alması üçün zamin dayanmışdır və buna görə ona borcu yaranmışdır və Nəvai onun borcunu qaytarmır. Həmçinin Nəvai onun həmkəndlisidir və onun özünə də bir neçə bildirmişdir ki, Peykərə borcu vardır. Sonuncu dəfə Peykər onun yanında borcu Nəvaidən tələb etdikdə o, bildirmişdi ki, borcu anası qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, onların arasında şifahi qaydada əqd bağlanmışdır və cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh2 borcdan 90 manat vəsaiti İddiaçı Şirəqli qızına ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 630 (altı yüz manat) manat 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmə iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdev Cavabdeh2 630 (altı yüz otuz) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu, cəmi 660 (atı yüz altmış) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar