Məhkəmə qərarları › İş №2(049)-111/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-111/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-111/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı Cavabdeh 5523.19 manat pulun və ödənilmiş 79 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci Qarabağ Mübaribəsi iştirakçısıdır. 3-cü qrup əlildir. Cavabdehlə də müharibədə iştirak ediblər. Cavabdeh 2023-cü ilin fevral ayında hərbiyə işə düzələcəyini və 3000 manat pula ehtiyacını olduğunu ona bildirərək borca pul istəmişdir. İddiaçı da özünə məxsus Unibanka məxsus kart hesabından 3000 manat çıxarıb Lənkəran şəhəri ərazisində Unibankın qarşısında cavabdehə vermişdir. Cavabdeh hərbiyə işə düzəlmə məsələsi alınmadığı üçün Lənkəran şəhəri ərazisində “Parfüm” dükanı icarəyə götürmüş və yenidən 2000 manat pula ehtiyacını olduğunu bildirərək iddiaçıdan borca pul istəmişdir. İddiaçı 28 mart 2022-ci il “Unibank”ın Lənkəran filialına getmiş və 2000 manat kredit götürmüşdür. 2000 manat pulu Lənkəran şəhəri ərazisində yerləşən "parfüm” dükanında Cavabdeh vermiş və şifahi razılaşmaya əsasən cavabdeh hər ay 181 manat “Unibank"a kredit ödəyəcəkdir. 2023-cü ilin avqust ayına kimi hər ay Cavabdeh mənə iddiaçıya pulu görüşüb versə də, avqust ayından etibarən ödənişi dayandırmışdır. Bunun üçün də iddiaçı hər ay krediti ödəyə bilməyib “Unibank”ın işçiləri tərəfindən dəfələrlə ona və ailə üzvlərinə zəng olunaraq krediti ödənilməməsi bildirilmişdir. Həmin ərəfədə onun səhhəti yaxşı olmadığından 2022-ci ilin noyabr ayında Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Psixiatrik Dispanserə müalica olunmaq üçün yerləşdirilmişdir. İddiaçı 20 gün müalicə olunub evə buraxıldıqdan sonra 2022-ci ilin dekabr ayında isə Bakı şəhərində Cavabdeh dostu Murad Əlizadə ilə görüşmüş və ona öz problemləri haqqında danışmışdır. Belə ki, Cavabdeh kredit ödəmədiyini və kreditin ödənilməsində mənə köməklik göstərməsini ondan xahiş etmişdir. Murad isə iddiaçıya narahat olmamağı və bu məsələdə köməklik göstərəcəyini bildirmişdir. Həmin günün axşamı Murad da iddiaçıya pula ehtiyacı olduğunu, maaşının dekabr ayının sonunda köçəcəyini və 150 manat pula ehtiyacını olduğunu bildirmişdir. Murad iddiaçıya söz verib ki, dekabr ayının 25-də 150 ona olan borcunu geri verəcək. İddiaçı da Muradın dediklərinə inanın xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olan zaman Murada 150 manat borca pul vermişdir. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində Cavabdeh ilə görüşmüş və razılığa gəlib ki, hər ay o, kreditin bağlanması üçün hər ayın 10-da iddiaçıya 110 manat pul verəcək. 2022-ci ilin yanvar ayının 10-da Cavabdeh iddiaçının hesabına 110 manat pul göndərmişdir. Növbəti ay isə, yəni fevral ayında Məmməd aralarında olan razılaşmaya əsasən ona pul göndərməmişdir. Mən Məmmədə zəng edib pulu ne ucun göndərrməməsinin səbəbini ondan soruşduqda o, pulu Murada verdiyini bildirmiş və bundan sonra mən Murada zəng edərək nə üçün mənə çatan pulun Məmməddən sənə göndərilməsinin izahını istədikdə o, bu ay pulun mənə çayacağını dedi və telefonu qapatdı. 2023-cü ilin fevral ayının sonlarında yenidən Muradın pula ehtiyacı olduğu üçün 150 manat pul göndərmişdir. 2023-cü ilin mart ayında Cavabdeh mənə məxsus karta 110 manat pul göndərmişdir. Bundan sonra isə indiyədək heç biri ona olan borcu geri ödəməmişdir. Unibank ASC məhkəmədə iddia qaldıraraq iddiaçıdan 4482.78 manat əsas borc, 794 manat faiz borcu, 170.85 manat cərimə borcu, cəmi 5448.30 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 74.89 manat pulun iddiaçıdan tutularaq Unibank ASC-yə öənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən borc məbləğinin yaranmasına səbəb də hazırki iş üzrə Cavabdeh olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi müddətlərdə iddiaçıya ayrılan 5000 manat kredit məbləğini iddiaçı 2000+3000 manat olmaqla kartımdan çıxararaq cavabdehə vermişdir. Lakin, razılaşmaya əsasən cavabdeh hər ay ödənişlərini vaxtı-vaxtında ödəməklə həmin kredit məbləğini tamamilə ödəməliydi. O, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçının cavabdehə borc olaraq verdiyi kredit məbləğinin faizləri və cərimə hesablanmaqla cəmi 5523.19 manat təşkil etmişdir. Odur ki, cavabdehə verdiyi borc məbləğini və bankın hesabladığı faiz və cərimələri cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsi barədədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış müqavilədən və müqaviləyə əlavə edilmiş sənədlərdən görünür ki, Unibank KB ASC ilə İddiaçı ilə xx.xx.2022-ci il tarixdə 1231 nkLKNb/22 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən xx.xx.2025-ci il tarixədək illik 18 faizlə 5000 manat kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixdə 1231 nkLKNb/22 saylı kredit müqaviləsi üzrə sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona kredit üzrə verilmiş kart hesabından 3070.50 manat və 1929.95 manat nağdlaşdırmışdır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Unibank KB ASC-nin xx.xx.2023 bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 1231 nkLKNb/22 saylı kredit müqaviləsi üzrə öhdəliyi, yəni cəmi 4962.48 manat borcunu üç iş günü yerinə yetirməsə əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Unibank KB ASC-nin xx.xx.2023 bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 1231 nkLKNb/22 saylı kredit müqaviləsi üzrə öhdəliyi, yəni cəmi 5448.30 manat borcunu üç iş günü yerinə yetirməsə əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Unibank KB ASC-nin iddia ərizəsindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə 1231 nkLKNb/22 saylı kredit müqaviləsi üzrə cəmi 5448.30 AZN borc və 74.89 AZN rüsum tələb edilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 79 manat manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 10 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin qərarından görünür ki, İddiaçı ərizəsi üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd olunan qərarın təsviri əsaslandırıcı hissəsində olan Cavabdeh izahatından görünür ki, sonuncu İddiaçı ümumilikdə 5000 manat borcu olmasını, həmin borcu 2000 və 3000 manat olmaqla iki dəfəyə almasını, İddiaçı həmin pulları Unibanka məxsus kredit kartından çıxararaq ona verməsini, pulları almaqda məqsədinin əvvəlcə hərbiyə işə düzəlmək olması, daha sonra isə parfüm dükanı açmaq olmasını bildirmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin məhkəmədə müəyyən olunan hallarından və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan iki dəfəyə olmaqla ümumilikdə 5000 manat borca pul almış, həmin pulun iddiaçıdan tərəfindən bankdan götürülməsini, eləcə də aylıq ödənişləri özü (cavabdeh) ödəməsini bildirmiş, lakin maddi imkanı olmadığından ödəməmişdir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutları, xüsusilə 10 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərarını MPM-nin 82.4-cü maddəsini rəhbər tutmaqla mötəbər, eləcədə iddia üzrə tələbin təmçin edilməsinə yönəlmiş əsas sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 5523.19 manat borc və 79 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar