Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1110/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin 1 (049)-13/2022 saylı, 16 fevral 2022-ci il tarixli hökmünə əsasən Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla Xanbulan kəndində yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökm ilə onun üzərinə yaşadığı Lənkəran rayonu, Mamusta kəndindəki ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 08:00- dək tərk etməmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müaviq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası iiə bağlı hakimin göstərişi xx.xx.2022-ci il tarixində İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixində şöbəyə gələrək qeydiyyatdan keçmiş, izahatı alınmış və xx.xx.2022-ci il tarixində Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və ona 1 ədəd 35628463 nömrəli elektron nəzarət vasitəsinin mobil qurğusu, 1 ədəd adapter və 1 ədəd sadə elektron qolbaq təhvil verilmişdir. Cavabdeh Cəzaların İcrası Məcəlləsinin 51-1.3-cü maddəsinin tələbləri yəni, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi izah edilmiş, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət etməli olduğu barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Buna baxnmayaraq sözügedən elektron nəzarət vasitəsi (mobil nəzarət qurğusu) yarasız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bu barədə protokollar tərtib edilmişdir. Bundan sonra həmin elektron nəzarət vasitəsininin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və düzgün istifadə edilməməsi səbəbindən istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277.40 manat təşkil etdiyi bildirilmişdir. X2 İddiaçınə dəvət edilmiş və avadanlığın dəyəri ondan tələb edilərək 2277.40 manat məbləğində pulun ödənilməsi ona təklif olunmuş, lakin Q.Vəliyevə elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunun onun təqsirinə görə yarasız vəziyyətə düşmədiyini bildirərək təklifdən imtina etmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığı üçün elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirib izahatında göstərdi ki, dəqiq tarixini xatırlamasa da, təxminən 2022-ci ilin dekabr ayında axşam vaxtı ona tətbiq edilən elektron nəzarət vasitəsinin işığının yanmadığını görüb icra məmuru Nümayəndə zəng edib bu barədə məlumat vermişdir. İcra məmuru da ona səhər saatlarında şöbəyə yaxınlaşmasını demiş, o da səhər saat 09:00-da İcra və Probasiya şöbəsinə getmişdir. Ona tətbiq olunmuş nəzarət vasitəsinin istifadəyə yararsız olması onun təqsirindən olmamışdır. Tələb olunan məbləği ödəməyə onun maddi imkanı yoxdur, çünki heç yerdə işləmir, himayəsində bir məktəbli uşağı var və xəstədir. O, iddia tələbini əsassız hesab edir və məhkəmədən tələbin rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 1(049)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlığın məhdudlaşması cəzası təyin edilmiş, üzərinə yaşadığı Lənkəran rayonu, Mamusta kəndindəki ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 08:00-dək tərk etməmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müaviq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli protokola əsasən məhkum Cavabdeh “Attenti” markalı mobil qurğu adapteri ilə birlikdə təhvil verilmiş və bu barədə iltizam alınmış, xx.xx.2022-c il tarixli protokola əsasən həmin qurğuda problem yarandığı aşkarlanmış, xx.xx.2024-cü il akt əsasında Cavabdeh tətbiq edilən həmin qurğu enerji yığmadığından ondan təhvil alınmışdır. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh təhvil verilmiş “Attenti V6” markalı mobil qurğu düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementləri sıradan çıxıb, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “Attenti ” ağıllı elektron qolbaq (sadə elektron qolbaq-1, mobil nəzarət qurğusu-1 ədəd, elektron adapter-1 ədəd, klipsa 1 cüt, proqram lisenziyası 1 ədəd) nəzarət vasitəsinin 1 ədədinin dəyəri 2277.40 manat təşkil edir. İşin qeyd olunan halları iddia ərizəsinə əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 1(049)- 13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollar, məhkum tərəfindən imzalanmış iltizam və izahat, texniki rəy və elektron nəzarət vasitəsinin dəyəri barədə arayışla tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, vurulmuş zərərə görə 2277.40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilən subyektlər dairəsinə aid olduğundan iddia ərizəsinin verilməsinə görə iddianın qiymətinə, yəni 2277.40 manat uyğun olaraq hesablanmış 42.77 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Attenti V6” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat pulunun tutularaq Aəzərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilməli 42.77 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1110/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1110/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver