Məhkəmə qərarları › İş №2(049)-1124/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1124/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1124/2025 21.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədləri xx.xx.2025ci il tarixdə nəzərdən keçirərək, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrlərinə 4550 manat məbləğində ödənilməmiş icarə pulu, 2750 ABŞ dolları məbləğində borc, 1611 manat məbləğində pulun və 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-ci maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə tərəflərin "vergi məlumatları” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 (müvafiq olaraq VÖEN ********** və **********) və Cavabdeh (VÖEN **********) vergi ödəyicisi olan fiziki şəxslər statusuna malik olması müəyyən edilmişdir. Göründüyü kimi tərəflər vergi ödəyicisi olan fizik şəxs statusuna malikdirlər və hazırkı mübahisənin predmeti bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə ilə, icarə münasibətləri ilə bağlıdır. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 152.1.3-cü maddsəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, İddiaçı1 və İddiaçı2 məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah olunmalıdır ki, onların Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün 122,51 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə İddiaçı1 tərəfindən ödənilmiş 122,51 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 122.51 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. İddiaçılara izah olunsun ki, onların Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar