Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1129/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun cəmi 3051 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndə doğulmuşdur. 2020-ci ilin mart ayında qızı Fərqanə torpaq sahəsi almaq istəmiş, bununla bağlı həmkəndlisi X2 demiş, o, da kənddə maraqlandıqdan sonra Fərqanəyə iş üzrə cavabdeh olan həmkəndlisi Cavabdeh özünə məxsus 0.06 ha torpaq sahəsini 6000 manata satmaq istədiyini bildirmişdir. Qızı Fərqanə də onunla razılaşmış, Mərdan qızı Fərqanəni iş üzrə Cavabdehla görüşdürmüş və onlar belə bir razılığa gəlmişlər ki, 6000 manat pulu hissə-hissə qızı Fərqanə iş üzrə Cavabdeh göndərəcəkdir. Qızı Fərqanə həmin puldan əvvəlcə 2700 manatını Cavabdeh göndərmiş, daha sonra həmin puldan 600 manatını isə iki dəfəyə həmkəndlisi Mərdan Şükürova göndərmiş, o, da öz növbəsində həmin pulu iş üzrə Cavabdeh vermişdir. Bundan bir müddət sonra qızı Fərqanə vəfat etmişdir. Həmin vaxtdan sonra o iş üzrə Cavabdehla görüşüb, söhbət aparmış və orta məxrəcə gələ bilmədiyləri üçün qızı Fərqanənin onlara verdiyi pulu geri istəmişdir. Belə ki, o əvvəlcə elə bilirmiş ki, qızı Fərqanə pulu həmkəndlisi X2 vermişdir və qızı Fərqanə torpaq sahəsini də Mərdan Şükürovdan almışdır. Çünki, o, cavabdehin qızı Fərqanəyə satdığı torpaq sahəsində təmizlik işləri apararkən həmkəndlisi olan X5 onu görüb, demiş ki, bəs onun torpaq sahəsində niyə təmizlik işləri aparır. O, da demiş ki, bu torpaq sahəsini qızı Fərqanəyə həmkəndlisi Mərdan Şükürov 3000 manata satmışdır. Zöhrab Əhmədov isə ona demiş ki, bu torpaq İ sahəsi onundur və həmin torpaq sahəsinə dair sənədləri ona təqdim etmişdir. O da vəziyyəti belə görüb, bu barədə Mərdan Şükürova demişdir. O, isə müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başlamışdır. O da bununla bağlı şikayət ərizəsi ilə Lənkəran ŞRPŞ-nə müraciət etmiş, orada onun şikayəti əsasında araşdırma aparılandan sonra ona demişlər ki, şikayət ərizəsi üzrə araşdırma mülki xarakterli olduğu üçün gərək mülki qaydada məhkəməyə müraciət etməlidir. Lənkəran ŞRPŞ-də araşdırma zamanı X3 pul aldığını və iş üzrə Cavabdeh verdiyini etiraf etmiş və hazırda onun imkanı olmadığı üçün qaytara bilmədiyini və imkanı olan kimi qaytaracağı barədə bildirmişdir. Hazırda cavabdeh qızı Fərqanənin ona verdiyi pulu qaytarmaqdan imtina etdiyi üçün o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şahverən oğlu izahatında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirib, əlavə olaraq qeyd etdi ki, o, Cavabdeh heç vaxt görməmiş, Cavabdeh heç vaxt pul verməmişdir. O, pulları Mərdan Şükürova vermiş, sonuncu isə ona pulları Cavabdeh verdiyini bildirmişdir. Hazırda o, 3000 manat pulu tələb edir və buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X1 Lənkəran ŞRPŞya verdiyi tarixi olmayan izahatdan görünür ki, “2020-ci ildə qonşusu Fərqanə torpaq istəmiş oda kənddə maraqlanmışdır ki, Şahab adlı şəxs 6 sot torpağı 6000 manata satdığını bildirmiş, o da razılaşmışdır. Daha sonra Fərqanə Şahabla görüşmüş onlar belə razılığa gəlmişlər ki, deyilən məbləği bir il ərzində hissə hissə Şahaba göndərəcəyini bildirmişdir. Fərqanə həmin pulun 2700 manatını Şahaba göndərmiş həmin pulun təqribən 500-600 manata qədər pulu ona göndərmiş, o da Şahaba vermişdir. Ondan sonra Fərqanə adlı şəxs vəfat etmiş sonra Fərqanənin atası Nəbulla Şahabla danışmış və razılığa gəlmədilər” İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 dekabr 2023-cü il tarixli, 778 nömrəli arayışdan görünür ki, Lənkəran rayonu, Şağlaser kənd sakini X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun atası İddiaçı anası, mərhum X8 adlı vərəsələri vardır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2961/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X2 qarşı 3051 manat pul tələbinə dair iddası rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 52 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş yeganə sübutun (cavabdehin polis şöbəsində vediyi izahatı) iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş izahatda hazırkı iş üzrə tərəf olmayan X12 adlı kənd sakininə pul verdiyini bildirir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi yeganə sübut hazırkı iş üzrə yekun nəticəyə gəlməyə əsas vermir. Hətta məhkəmə tərəfindən həmin dəlil iş üzrə sübuut kimi qəbul edilsə belə, izahatda qeyd olunan Şahab adlı şəxsin məhz hazırda iddiaçı olan Cavabdeh olmasını təsdiq edən hər hansı sübut da yoxdur. İddiaçı özü də məhkəmədə verdiyi izahatında göstərir ki, o, özü Cavabdeh görməmiş, Cavabdeh pul verməmişdir. O, pulu Mərdann Şükürova vermiş və Mərdan Şükürov ona pulu Cavabdeh verdiyini bildirdiyi üçün hazırda Cavabdeh qarşı iddia qaldırmışdır. Məhz göstərilənlər baxımından, habelə iddiaçı tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1129/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1129/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver