Məhkəmə qərarları › İş №2(049)-1136/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1136/2024

23.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1136/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçı: İddiaçı, iddiaçının vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Sərhəd oğluna qarşı “cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, zəbt edilmiş torpağın azad olunması və qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənətinə əsasən ailəsin mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 3/2 hissəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş (iki ədəd) evlərin cavabdehin hesabına sökülməsini, törədilən maneələrin aradan qaldırılması və torpağın qanunsuz zəbtindən azad olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olsa da, işi ilə əlaqədar Hacqabul rayonunda yerləşən Daxili Qoşunlarının yataxanasında yaşayır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpağın sahəsi 0.40 ha təşkil edir. Demək olar ki, uzun müddətdir ki, cavabdeh ailə üzvlərinə məxsus torpaq sahəsini 3\2 hissəni qanunusuz zəbt etmişdir. Bundan sonra sözü gedən torpaq sahəsinə DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinin əməkdaşları mülkiyyət hüquqlarının qeydiyyatı barədə texniki pasportun tərtib etmiş və müvafiq çıxarışın verilməsi məqsədi ilə faktiki yerində müayinə aparmaqla koordinat nöqtələri cavabdeh iddiaçıya məxsus torpaq sahəsini ayırılmağına imkan vermir. Cavabdehin torpağa dair mülkiyyət hüququ olmadan, ona maneələr yaradır. Dəfəflərlə dəqiqləşdirmiş, mövcud vəziyyətə uyğun həmin torpağın texniki pasportu tərtib etdikdən sonra xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İş üzrə Cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsində iki ədəd qanunsuz tikili tikmişdir. Bu barədə Girdəni Bələdiyyəsinə və nümayəndəsinə müraciət etmişdir. Lakin torpağıma daxil olmağına imkan verməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəməyə rəy təqdim edilməsindən ötrü müayinənin (çöl ölçmə işlər) aparılmasına görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr əməkdalarını Lənkəran rayonu Girdəni kəndində ailəsinə məxsus torpaq sahəsinə yerində baxış keçirilməsini baxış nəticəsində rəy verilməsinə köməklik edilməsini xahiş etmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq göstərmişdi ki, yaranmış mübahisə ilə əlaqədar məhkəmədən müvafiq sorğu, bildirş və sərancam daxil olduğu təqdirdə, əsaslığı və qanuniliyi baxımında tərəfimizdən münasibət bildiriləcəkdir. Məhz bu səbəbdən cavabdehin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək iddia tələbinə dəqiqləşmə verərək ********** saylı çıxarışa sənətinə əsasən ailəsinin mülkiyyətində olan Lənkəran rayon Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin mütəxəsisin rəyinin kordinantlarına uyğun 0.17 ha torpaq sahəsində tikilmiş (iki ədəd) evlərini Cavabdeh hesabına sökülməsi, törədilən manelərin aradan qaldırılması və torpağın qanunsuz zəbtindən azad olması barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib göstərdi ki, cavabdehə dəfələrlə bu barədə məlumat vermiç, habelə iş məhkəmə baxışında olan zaman mütəxəssis həmin əraziya baxış keçirərkən yenə də razılığa gəlməyi təklif etsə də, cavabdeh ona get hara şikayət edirsən et demişdir. Hazırda o, özünə məxsus mülkiyyətindən istifadə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi Cavabdeh Sərhəd oğluna 08 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehi məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün saymışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ********** saylı xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,40 ha torpaq sahəsi 3/6 hissədə İddiaçı, 16 hissədə X1, 1/6 hissədə X3, 1/6 hissədə X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 31208 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 072 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5842 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi və konfiqurasiya fərqinin olmaması müəyyən olunmuşdur. Lakin sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunması və bunun da faktiki vəziyyətdə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1747/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-1747/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,17 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1747/2024 saylı mütəxəssis rəyinə əsasən, -Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********6 qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxrışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu,Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,17 ha hissəsinin üzərində 2 (iki)ədəd fərdi yaşayış evinin və bir-birinin bitişik 2 (iki) ədəd köməkçi tikilinin mövcud olması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikililər inşa edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada iki ədəd tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənətinə əsasən İddiaçı birgə mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 0.17 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 2 (iki) ədəd ev cavabdehin hesabına sökülsün və Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənətinə əsasən İddiaçı birgə mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh zəbtindən azad edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh Sərhəd oğlundan alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh Sərhəd oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ AZ 4200 Lənkəran şəhəri, Nizami küçəsi 3, Tel: (025) 255-27-52, Faks: (025) 255-33- 02 e-mail: Elektron ünvan Cavab verərkən bizim №-yə istinad edin 13 feval 2023-cü il İş № 2(049)-66/2023 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi Ünvan: Lənkəran şəhəri, Nizami küç, 84 a Lənkəran Rayon Məhkəməsinin 2(049)-66/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi 13 fevral 2023-cü il tarixdə qanuni qüvvəsin aldığından qətnamə icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar