Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1166/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əskərova (Bayramova) Şəfəq Xanlar qızı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-cü il tarixdə anadan olmuş X1 üçün Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)-2509/2019 saylı? 16 sentyabr 2019-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarın;n artırılaraq 300 manat məbləğində müəyyən edilməsi və Lənkəran 1 saylı Mediyasiya Təşkilatına ödədiyi 60 manat rüsumun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdə el adəti ilə ailə qurmuşdur. Nikahıları isə 03 oktyabr 2011-cı il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahlarından 20 avqust 2012-cı il tarixdə Vəfa adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan bir müddət sonra münasibətləri normal olsa da, xasiyyətiləri uyğun gəlmədiyi üçün ailə münasibətləri korlanmışdır. O, ailəsinin dağılmaması üçün nə qədər səy göstərsə də heç bir nəticəsi olmayıb. Ona görə də məcbur qalıb aliment tələbi ilə bağlı məhkəməyə müraciət edib. Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)-2509/2019 saylı. 16 sentyabr 2019-cu il tarixli qətnamə ilə Vəfa adlı uşağın onun yanında qalması və həmin uşağın saxlanması üçün sabit pul məbləğində hər ay 160 manat alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşağın artan tələbatı ilə bağlı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edir. O uşağıyla birlikdə hazırda valideynlərinin evində yaşayır. Özü heç bir yerdə işləmədiyindən uşağını təkbaşına böyütməkdə çətinlik çəkir. Ona görə də cavabdehin verdiyi 160 manat alimentlə uşağın tələbatlarını ödəyə bilmir. Qətnamənin qəbulundan xeyli vaxt keçmiş, uşağının tələbatları artmışdır. Çünki, qızı Vəfa məktəblidir və onun təhsil xərclərini ödənilməsində çətinlik çəkir. Təkbaşına uşağın maddi tələbatını təmin etməkdə çətinlik çəkməyinə baxmayaraq cavabdeh könüllü olaraq uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlir əldə edir. Bir sözlə cavabdeh ödədiyi 160 manat alimetdən başqa uşağına heç bir maddi yardım göstərmir. Ona görə də, məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı Əskərova (Bayramova) Şəfəq Xanlar qızı məhkəmə iclasının iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - Əskərova (Bayramova) Şəfəq Xanlar qızıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(049)- 2509/2019 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh Əskərova (Bayramova) Şəfəq Xanlar qızının xeyrinə bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Əskərova (Bayramova) Şəfəq Xanlar qızı 03 oktyabr 2011-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Lənkəran rayon Rvo kənd icra nümayəndəliyi tərəfindən 18 saylı nikah akt qeydi tərtib edilmişdir. İş materiallarında olan “Lənkəran rayon Təhsil şöbəsi A.Xalıqov adına Rvo kənd tam orta məktəbi ”xx.xx.2024-cü il tarixli 06 saylı arayışından görünür X3 həqiqətən Rvo kəndində A.Xalıqov adına tam orta məktəbin Vİ-sinifində oxuyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 160 manat məbləğində alimentin tutulmasına Lənkəran Rayon Məhkəməsinin 16 sentyabr 2019 tarixli 2(049)-2509/2019 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran Rayon Məhkəməsinin 16 sentyabr 2019-ci il tarixli 2(049)-2509/2019 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 16 sentyabr 2019-ci il tarixli 2(049)- 2509/2019 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 230 (iki yüz otuz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1166/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1166/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver