Məhkəmə qərarları › İş №2(049)-118/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-118/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-118/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi və "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 8873.76 manat, faiz borcu üzrə isə 1292,64 manat, ümumilikdə 10166,40 manat və dövlət rüsumu olaraq ödənilmiş 121.60 manat məbləğində vəsaitin tutularaq "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki Kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21110435 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 36 % ödəmək şərtilə 12650.00 (0n iki min altı yüz əlli manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmış və "xxxx" Kredit İttifaqı MMC həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2014-cü il tarixdə borclu Cavabdeh1 kredit xətti daxilində xx.xx.2014-cü il tarixli 60 nömrəli məxaric orderi ilə 12650.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2014-cü il tarixli 21110435 nömrəli zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21110435 nömrəli kredit müqaviləsinin 2-ci bəndinə görə “Borcverən” müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır , “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə Cavabdeh1 və zamini Cavabdeh2 ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borclu Cavabdeh1 və zamini Cavabdeh2 ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir nəticə olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış, sonuncu iddiaçıya olan borcu etirfa edib onu bir ay müddətində bağlayacağını bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 21110435 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 12650 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 21110435 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin borclu Cavabdeh1 tərəfindən icra edilməsinə görə “Hacı Kredit» MMC qarşısında cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.3014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 579.42 manat, sonuncu ay 579.24 manat ödəməklə 12650 manatı “Hacı Kredit» MMC-yə ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Kredit İttifaqı MMC-yə 16 oktyabr 2023-cü il tarixinə olan borcu, əsas borc üzrə 8873.76 manat, faiz borcu üzrə 1292.64 manat olmaqla ümumilikdə 10166.40 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 62 və 63 saylı bildirişlərdən görünür ki, Cavabdeh1 və zamin Cavabdeh2 kredit borcunun ödənilməsi üçün 11 gün vaxt verilməsi barədə rəsmi xəbərdarlıq edilərək mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 121.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21110435 nömrəli kredit müqaviləsi üzrə, »Hacı Kredit» MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 12650 manat kredit verilmiş və cavadehə kredit verilərkən Cavabdeh2 ilə 21110435 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kreditor, müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilədə müəyyən edilmiş öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu qaytarmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “Hacı Kredit» MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 121.60 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli 21110435 nömrəli kredit müqaviləsinə əsasən 8873.76 manat əsas, 1292.64 manat faiz olmaqla ümumilikdə 10166.40 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 121.60 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar